Bu yapon avtomobillərini almaq tövsiyə edilmir - ADLAR + SƏBƏB

Bu yapon avtomobillərini almaq tövsiyə edilmir - ADLAR + SƏBƏB

Yaponiya istehsalı olan avtomobillər dünyada daha çox bəyənilən avtomobillər olsa da onların bəzi modelləri istifadəçilərin məmnuniyyətini qazana bilməyib. Həmin avtomobil modellərinin daha tez-tez təmirə ehtiyacının yaranması və digər çatışmazlıqlar istifadəçilərin narazılığına səbəb olur.  


Sfera.az xəbər verir ki, tanınmış “Go Banking Rates” saytı ABŞ bazarındakı məlumatlar əsasında daha tez-tez təmir olunan və digər səbəblərdən uğurlu olmayan 5 yapon avtomobil modelinin adını açıqlayıb. 


Nəşrin məlumatına görə, 2004-2008-ci illərdə istehsal edilən “Mazda RX-8” modeli sahiblərini çox incidir. Bu modellər 4 silindrli mühərriklə təchiz edilib. “Mazda RX-8”ən pis tərəfi odur ki, insanlar mühərrikin nasazlığından, elektrik sükanının problemlərindən və həddindən artıq yağ “yeməsindən” şikayətlənirlər. 


Kiçik idman avtomobili olan digər yapon markası “Mitsubishi Eclipse” modelindən də şikayətlər çoxdur. Bu model avtomobillərin təkərləri asanlıqla xarab olur. Avtomobilin daxili təchizatı ucuz vasitələrlə təmin edilib və hissələri tez-tez qırılır. Sürücülər avtomatik transmissiyadan, güc aqreqatı və sükan idarəetməsində problemlərdən daha çox şikayət edir. 


“Honda CRX Del Sol” modeli də istifadə edənləri məyus edir. Bu model avtomobillərdə damdan su sızması ehtimalı böyükdür, daxili hissə çox səs-küylüdür. Ön əyləc disklərinin əyilməyə meylli olduğu da bildirilir. 


“Toyota Paseo” modeli nəşrin yazdığına görə, uğurlu model deyil. O, bu siyahıdakı digərləri kimi mexaniki problemlər çox yaratmır, lakin sürücüləri məmnun da etmir. Buna görə də “Toyota” şirkəti onun istehsalını vaxtından öncə dayandırıb. Bu səbəbdən Paseo modelini alan şəxslər təmir üçün ehtiyat hissələrini çətinliklə tapırlar.


“Suzuki Samurai” “Suzuki X-90” avtomobilləri də təhlükəsizlik baxımından aşağı reytinqli avtomobil hesab olunurlar. Bu avtomobillər kəskin manevrlər zamanı aşmağa meyllidir. 


Vasif


OXŞAR XƏBƏRLƏR