İsmayıllıda şəhid tələbələrin xatirəsinə inşa edilmiş abidə-kompleksin açılışı oldu - FOTOLAR

İsmayıllıda şəhid tələbələrin xatirəsinə inşa edilmiş abidə-kompleksin açılışı oldu - FOTOLAR
İsmayıllı Dövlət Humanitar və Texnologiyalar Kollecinin şəhid tələbələrinin xatirəsinə inşa edilmiş abidə-kompleksin açılışı olub.

Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı, RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, İDHTK-in  müəllim və tələbə kollektivi iştirak edib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra  İDHTK-in şəhid məzunları Əliyev Fərid Hamlet oğlu, Həmidov Rəhim Etibar oğlu və Lətifli Orxan Xancan oğlunun xatirəsinə inşa edilmiş abidə-kompleksin açılışı olub, abidə önünə əklil və  gül dəstələri düzülüb.

Tədbirdə çıxış edən rayon rəhbəri 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən, döyüşlərdə şəhid olan kollec məzunlarının qəhrəmanlığından danışıb.

Rayon rəhbəri abidənin inşasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib. 

Çıxış edən şəhidlərin valideynləri Azərbaycan ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Sonra tələbələrin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Daha sonra şəhid məzunların adı verilən sinif otaqlarına baxış keçirilib.

İsmayıllı Dövlət Humanitar və Texnologiyalar Kolleci tərəfindən şəhidlərin valdeyinlərinə təşəkkürnamə təqdim edilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

Almaniyada meymun çiçəyinə 4 yoluxma qeydə alındı

Almaniya Səhiyyə Nazirliyi ölkədə meymun çiçəyinə 4 yoluxma halının olduğunu təsdiqləyib.   Sfera.az “RİA Novosti”yə istinadən xəbər veri...

Bu il ən böyük bahalaşma hansı rayondadır?

Bu il Azərbaycanda yüksək qiymət artımları müşahidə edilir. Aparılan qiymət müayinələri göstərir ki, 2022-ci ildə bütün rayon və şəhərlərdə yüksək bahalaşma qey...

Müavinətlər və sosial yardımların ödənilmə vaxtı AÇIQLANDI

Respublika üzrə müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilmə vaxtı açıqlanıb.    Sfera.az xəbər verir ki, bu b...

ATƏT-dən Əliyev Paşinyan görüşünə reaksiya

Biz Avropa Birliyinin (AB) yardımı ilə Azərbaycan və Ermənistan tərəfləri arasında görüşü alqışlayırıq.   Sfera.az xəbər verir ki, bu barədə ATƏT-ə s...

"Təranənin yanında yaxşı kişi olsaydı..." - Rəqsanə

"Neçə gündür Elza Seyidcahanın verilişdə olması gündəmdədir. Ona yardımı reklam üçün etmədim. Uşaq deyiləm, onla özümə xal qazanım. Elza Seyidcahanla heç y...

Şuşa və Ağdama iyuna olan biletlər satışa çıxarılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Şuşa və Ağdam şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərin...