AŞPA-nın vitse-prezidenti: “İlham Əliyevin Kiyevə səfəri əsl kişi addımıdır” - MÜSAHİBƏ

AŞPA-nın vitse-prezidenti: “İlham Əliyevin Kiyevə səfəri əsl kişi addımıdır” - MÜSAHİBƏ
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Kiyev səfərini yüksək qiymətləndirirəm. Bu səfər uzun zamandır ki, gözlənilirdi. Bununla yanaşı Prezident İlham Əliyevin Ukraynaya səfəri çox gərgin vaxt kəsiyində reallaşıb. Çünki hər an aqressor tərəfindən Ukraynaya hərbi hücum reallaşa bilərdi”. 

Sfera.az xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Oleksandr Merejko söyləyib.

 Şərhinin davamında Merejko bildirib ki, Prezident İlham Əliyevin Kiyev səfəri Ukraynanın çətin zamanında ölkənin suverenlik və təhlükəsizliyinə dəstək siqnalıdır:

"Buna çox böyük dəyər veririk. Çünki cənab İlham Əliyevin səfəri əsl kişi addımıdır. Azərbaycan Ukraynanın həqiqi dost və strateji tərəfdaşı olduğunu bir daha nümayiş etdirib”. 

- İmzalanan sənədlər barədə nə deyə bilərsiniz?

"Ümumiyyətlə, bu səfər Ukrayna-Azərbaycan strateji tərəfdaşlığını yeni və daha keyfiyyətli mərhələyə keçirib. Bir sıra iqtisadi əhəmiyyəti olan bəyanatlardan başqa, prezidentlərin birgə bəyannaməsi də imzalanıb. Sənəddə hər iki ölkənin suverenlik, ərazi bütövlüyü və təhlükəsizliyinə qarşılıqlı dəstək prinsipləri yer alıb. Bu, fövqəladə mühüm sənəddir”.

- Bəs Azərbaycanla Türkiyənin Ukrayna böhranındakı vasitəçiliyi ətrafında nə düşünürsünüz?

"Azərbaycanla Türkiyənin problemlərin həlli və ərazilərimizin işğaldan azad olunması istiqamətində vasitəçilik təklifini pozitiv dəyərləndirirəm. Sadəcə, Rusiya bununla razılaşacaqmı? Bu sual hələki açıq qalır. Vurğulanması vacib olan digər məqam Azərbaycanın torpaqları işğaldan azad etməkdə uğurlu təcrübəsinin olmasıdır. Bakı Kiyevi yaxşı anlayır və öz təcrübəsiylə bölüşməyə hazırdır”.

Xatırladaq ki, Azərbaycan və Türkiyə Gürcüstan-Rusiya problemlərinin də həllində vasitəçiliyə əsas namizədlərdir. 

OXŞAR XƏBƏRLƏR

Polis 5 saat ərzində seks kuklasının dəhşətli "qətlini" araşdırdı - FOTOLAR

Almaniyanın Rostok şəhərində baş verən qeyri-adi hadisə ilə bağlı martın 30-da məlumat verilib. Belə ki, polisə yoldan keçən bir nəfər həyəcan verici kəşflə bağ...

Tənəklərlə əhatə olunmuş kənd turist möcüzəsinə çevrilir - FOTO

Çində təbiətin demək olar ki, insan həyatının bütün izlərini sildiyi bir yer var.   Şanxaydan dörd saatlıq məsafədə, Şenxi arxipelaqının dərinlikləri...

Qadın 18 ildən sonra danışıb: Hansı texnologiya kömək etdi?

47 yaşlı qadına insult keçirdikdən sonra 18 il danışmayıb. 18 il sonra ona ilk dəfə öz fikirlərini şifahi şəkildə ifadə etməyə imkan verən kvadriplegiyası beyin...

Aprel döyüşlərindən 9 il ötür

Bu gün Azərbaycan Ordusunun Aprel zəfərindən doqquz il ötür.   Sfera.az-ın məlumatına görə, 2016-cı ilin mart ayının ortalarından başlayaraq ermənilə...

Putinin əmlakı açıqlandı

Rusiya Prezidenti Vladimir Putin 2024-cü il üçün gəlir və xərclər haqqında bəyannamələri müəyyən edilmiş müddətdə təqdim edib.   Sfera.az TASS-a isti...

Aparıcı Nigar Fərhad təhdidə keçdi: vəkillərim dəlil toplayır - VİDEO

"Kanal S"in aparıcısı Nigar Fərhad onu təhqir edən şəxslərlə bağlı hüquqi addımlar atacağını bildirib.   Sfera.az xəbər verir ki, aparıcı b...