DİN Bakıda şirkət əməkdaşının törətdiyi qəza ilə bağlı məlumat yaydı

DİN Bakıda şirkət əməkdaşının törətdiyi qəza ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) Bakının Binəqədi rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a daxil olan məlumatda deyilir:

"Yanvarın 18-də saat 7 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakinləri - Firudin Əsədovun idarə etdiyi "Hyundai” və Elşən Eyvazovun idarə etdiyi "VAZ-2109” markalı avtomobillər toqquşub. Nəticədə E.Eyvazov və sərnişinləri - Xanəhməd Əlibəyov və Zaur Həsənov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilən digər bir sərnişinin vəziyyəti qənaətbəxşdir.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, F.Əsədovun idarə etdiyi avtomobil "Səba” ASC-yə məxsusdur.

OXŞAR XƏBƏRLƏR