“Səkkiz bacı-qardaşıq, içərisində ən varlısı mənəm” - Tahir Kərimli

“Səkkiz bacı-qardaşıq, içərisində ən varlısı mənəm” - Tahir Kərimli
"Biz səkkiz bacı-qardaşıq, içərisində ən varlısı da, vəzifəlisi də mənəm”.

Sfera.az xəbər verir ki, bunu deputat Tahir Kərimli haqqında səsləndirilən iddialarla bağlı danışarkən deyib.

O qardaşları və bacısı oğlu ilə bağlı səsləndirilən iddialar barədə danışıb:

"Yazırlar ki, Tahir Kərimlinin qardaşlarının tikinti təşkilatları var, bacısı oğlu polis rəisi işləyir, biznesi var, villaları var. Mənim də bacım oğlu hüquq fakültəsini bitirib, amma köhnə maşınla taksi sürücülüyü edir. Biz səkkiz bacı-qardaşıq. Hər birimizin uşaqlarımızla birlikdə iş qabiliyyəti olan əlliyə yaxın insanıq.

Bacı-qardaşın içərisində işləyən tək mənəm, övladlarımızdan da bir-iki nəfər işləyir. Yəni, on faizimiz işləyir və yerdə qalan doxsan faizini dolandırmalıdır. Heç biri də rəhbər işdə işləmir. İçərisində ən varlısı da, vəzifəlisi də mənəm.

Bu böhtanlar nəyə lazımdır? Hardadır bizim biznesimiz? Mənim hər hansı bir sahədə biznesim yoxdur. Nə də övladlarımın, qardaşlarımın. Qardaşlarım da o vaxtdan indiyə kimi işsizdir. Hardadır mənim villam? Əlbəttə, mən arzulayırdım ki, öz rayonumda balaca bir evim olsun, gedim-gəlim. Çünki mənim dəfn olunası yerim oradır.

Bir qardaşımın evi zəlzələdən uçub, içərisində yaşaya bilmir, gəlib, Bakıda kirayədə yaşayır, işsizdir. Digər qardaşım da anadan olmadan əvvəl atamın tikdiyi evdə yaşayır. Mən İsmayıllıdakı taxta evdə yaşayıram. Şükür Allaha, vaxtilə dövlətin Bakıdan verdiyi evi var, ora sığınmışıq. Hanı bu villalar?”
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

Lavrovun son çıxışının nəticələri: “ABŞ-a zərbə endirilir, Rusiya-İran əməkdaşlığı başlayır...”

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrin birində İsrail dövləti və yəhudi millətinə qarşı qəbuledi...

Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında Mayın 23-ü axşam, 24-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəc...

Almaniyada meymun çiçəyinə 4 yoluxma qeydə alındı

Almaniya Səhiyyə Nazirliyi ölkədə meymun çiçəyinə 4 yoluxma halının olduğunu təsdiqləyib.   Sfera.az “RİA Novosti”yə istinadən xəbər veri...

Bu il ən böyük bahalaşma hansı rayondadır?

Bu il Azərbaycanda yüksək qiymət artımları müşahidə edilir. Aparılan qiymət müayinələri göstərir ki, 2022-ci ildə bütün rayon və şəhərlərdə yüksək bahalaşma qey...

Müavinətlər və sosial yardımların ödənilmə vaxtı AÇIQLANDI

Respublika üzrə müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilmə vaxtı açıqlanıb.    Sfera.az xəbər verir ki, bu b...

ATƏT-dən Əliyev Paşinyan görüşünə reaksiya

Biz Avropa Birliyinin (AB) yardımı ilə Azərbaycan və Ermənistan tərəfləri arasında görüşü alqışlayırıq.   Sfera.az xəbər verir ki, bu barədə ATƏT-ə s...