Dollar son bir həftədə ucuzlaşıb - SƏBƏB

Dollar son bir həftədə ucuzlaşıb - SƏBƏB
Son günlər dolların ucuzlaşacağına dair yayılan məlumatlar beynəlxalq birjalarda Dollar İndeksinin düşməsinə səbəb olub. İndeks bir neçə gün ərzində 96,3 səviyyəsindən 94,7 səviyyəsinə qədər geriləyib.
 
Sfera.az bildirir ki, indeksin düşməsi dolların ucuzlaşması anlamına gəlir və bu dəyişiklik yüksək inflyasiyanın müşahidə edildiyi indiki dövrdə əlverişli deyil. Çünki dolların ucuzlaşması dünyada əmtəə qiymətlərinin yüksəlməsini bir qədər də gücləndirəcək və bunun nəticəsində ölkələrdə qiymət artımları davam edəcək.

Artıq bunun əlamətləri görünür. Dolların son həftə ərzində 2 faizə yaxın ucuzlaşmasının nəticəsində əksər əmtəələrin qiyməti yenidən yüksəlib.
Bəzi investorlar hesab edir ki, ABŞ-da xarici ticarət kəsirinin böyüməsi və qlobal iqtisadiyyatdakı bərpa dolları ucuzlaşdıracaq. Bunun nəticəsində ABŞ-dan kənarda olan aktivlərə tələbin güclənəcəyi ehtimalı var.

Lakin bəzi beynəlxalq ekspertlər indiki vəziyyətdə dolların ucuzlaşmasının heç kimin maraqlarına uyğun olmadığını düşünür. Xüsusən ABŞ-da yüksək inflyasiyanın qalması faizlərin artırılmasını və dolların bahalaşdırılmasını zəruri edir. Bunu əsas götürən ekspertlər dolların hələ bir müddət bahalı olacağını proqnozlaşdırır.

Dolların ucuzlaşması avro/dollar məzənnəsində də müşahidə edilir. Bir həftə ərzində avro 1,34 dollardan 1,47 dollara qədər bahalaşıb.
Eynilə Azərbaycanda da avronun manata qarşı olan dəyəri 1,92-dən 1,95-ə qədər yüksəlib.

Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tir...

Pezeşkian həmin sənədi imzaladı

İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi (ABEA) ilə əməkdaşlığı dayandıran Fərman imzalayıb.   Sfera.az xəbər verir ki, bu ...

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...