Qazaxıstanda MMA döyüşçüsü saxlanıldı

İdman
18:37 / 11.01.2022
1678
Qazaxıstanda tanınmış MMA döyüşçüsü Kuat Hamitov yerli OMON-lar tərəfindən saxlanılıb.
Bu barədə idmançının bacısı "Instagram” hesabında yazıb.
"Xahiş edirəm, kömək edin. İndilərdə idmançı qardaşım Kuat Hamitovu evdən apardılar. 10 OMON əməkdaşı onu döydü, əllərini və ayaqlarını bağladı”, - deyə o qeyd edib.