İnternet problemi olanlara şad xəbər: Bu üsulla proses sürətlənəcək

İnternet problemi olanlara şad xəbər: Bu üsulla proses sürətlənəcək
"Bakı kəndlərində müşahidə olunur ki, genişzolaqlı internet çəkilişi üçün elektrik dirəklərindən istifadəyə başlanıb”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, əgər dirəklər müasir və dayanıqlı olarsa, naqillər də keyfiyyətli və standarta cavab verərsə bu məsələdə ciddi uğur qazanmaq olar:

"Hazırda elə fiber optik kabellər var ki, onlar da daha keyfiyyətli  və daha dayanıqlıdır. Amma, təbii ki, kənd və qəsəbələrdəki bəzi sıradan çıxmış və ömrünü tamamlamış dirəklər üzərindəki internetin dayanıqlığından danış doğru olmazdı.

Odur ki, hər iki infrastrukturda, elektrik enerjisi və internet texnologiyalarda müasif standartlar gözlənilərsə onda gözləmək olar ki, ölkə üzrə  daha sürətli formada keyfiyyətli internet infrastrukturu qurula bilər.

Ümumiyyətlə, müşahidələr göstərir ki, nazir Rəşad Nəbiyevin bütün ölkə üzə  "2 ilə internet problemi həll olacaq" mesajından sonra ciddi addımlar atılır.

Regionlarda və Bakı ətrafı kəndlərdə "Aztelekom" və "Baktelecom"un çoxsaylı briqadaları çalışır”.

Ekspert əlavə edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bu prosesi sürətləndirmək üçün həyata keçirdiyi daha bir yenilik isə regionlarda GPON xətlərin yerin altı ilə deyil, yerin üstü ilə xüsusi dəmir dirəklər vasitəsilə aparmasından ibarətdir:

"Ənənəvi yanaşmalardan fərqli olan bu üsul da düşünürəm ki, fiberoptik xətlərin çəkiliş proseslərini xeyli sürətləndirəcək.

Nazirlik eyni zamanda mobil infrastrukturdan, mobil operatorların baza stansiyalarından da istifadə etməklə geniş zolaqlı internetə əlçatanlığı artıqmaq niyyətindədir və bu istiqamətdə LTE texnologiyası ilə internetə əlçatanlıq artırılır.

Eyni zamanda ucqar ərazilərə də mobil texnologiya ilə internet nəzərdə tutulur.
Beləliklə, RİNN tərəfindən atılan addımlara əsasən ümid etmək olar ki, yaxın 2 ilə, 2023-cü ilin sonunadək bütün ölkə üzrə keyfiyyətli internetə əlçatanlıq problemi nəhayət ki öz həllini tapacaq”.

Osman Gündüz həmçinin bildirib ki, ölkə üzrə qurulcaq nəhəng dövlət internet  infrastrukturunun, həmçinin son nöqtəyə veriləcək internetin gələcək idarəetməsinin, istifadəsinin necə olacağı, dövlət, yoxsa özəl səviyyədə olacağı ilə bağlı rəsmi açıqlamalar hələlik yoxdur.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...