KTMT-nin onlayn sammiti başladı - Tokayevdən mühüm AÇIQLAMALAR

KTMT-nin onlayn sammiti başladı - Tokayevdən mühüm AÇIQLAMALAR
Qazaxıstanın təşəbbüsü ilə çağırılan KTMT-nin onlayn sammiti başlayıb.

Sfera.az xəbər verir ki, bu haqda informasiyanı "Sputnik Qazaxıstan” nəşri yayıb.

Mənbə qeyd edir ki, sammit iştirakçıları Qazaxıstanda iğtişaşlar zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qazaxıstan prezidenti Kasım Jomart-Tokayev çıxışında bildirib ki, ölkə genişmiqyaslı, müstəqillik tarixinin ən çətin böhranını yaşayıb.

O, Qazaxıstana gələn KTMT hərbçiləri haqda da danışıb:

"Bizim üçün KTMT-nin təkcə hərbi deyil, həm də mənəvi dəstəyi prinsipial olaraq vacibdir”.

Prezident vurğulayıb ki, iğtişaşların təşkilatçıları dinc mitinqlərdən bəhanə kimi istifadə ediblər:

"Sanki bir əmrlə dini radikallar, bədnam quldurlar, talançılar və xırda xuliqanlar peyda olub”. O, əlavə edib ki, bütün döyüş əməliyyatları bir mərkəzdən əlaqələndirilib, binalara sinxron hücumlar buna sübutdur.

Tokayev Qazaxıstanda baş verənləri dövlət çevrilişinə cəhd adlandırıb:

"Terrorçuların əsas məqsədi hakimiyyəti ələ keçirmək olub. Almatı polis idarəsi ətrafında döyüş iki gecə davam edib. Quldurlar polis əməkdaşlarını xüsusi amansızlıqla döyüb, iki nəfərin başını kəsiblər. Silahlılar Qazaxıstanın paytaxtına da zərbə endirməyi planlaşdırıblar”.

Prezident itkilər haqda da söz açıb:

"Mülki itkilər var, dəqiq sayı müəyyənləşdirilir. 16 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, 1,3 mindən çoxu yaralanıb.
Quldurlar gecə meyitxanalara hücum ediblər, ölən ortaqlarının cəsədlərini götürüblər. Bu, beynəlxalq terrorçuların təcrübəsidir, ona görə də öz izlərini örtüblər”.

Onun sözlərinə görə, iğtişaşlar zamanı Almatı və 9 rayon quldurların əlinə keçib:

"Biz dinc nümayişçilərə qarşı heç vaxt güc tətbiq etməmişik və etməyəcəyik. Bəzi mənbələr iddia edir ki, Qazaxıstan hakimiyyəti dinc nümayişçilərə qarşı mübarizə aparır. Bu, tamamilə dezinformasiyadır. Yaxın vaxtlarda biz dünya ictimaiyyətinə Qazaxıstanda terror aktının təşkili ilə bağlı sübutları təqdim edəcəyik”.

Tokayev Qazaxıstanda baş verənləri Almatı faciəsi adlandırıb.
 
(bizim.media)

OXŞAR XƏBƏRLƏR

İnformasiya agentliklərinə dair YENİ TƏLƏBLƏR

İnformasiya agentliklərinə dair yeni tələblər müəyyənləşir.   Sfera.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiriliən iclasında müzakirə edilmi...

Xarici media subyektləri ilə bağlı tələblər təsdiq edildi

Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alındıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyə...

Sabah Bakıda 28 dərəcə isti olacaq

İyulun 5-də gözlənilən hava proqnozu açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən...

Atasının itkisi onu sarsıtdı: Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yarandı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı səhhətində yaranan problemlərdən danışıb.   Sfera.az xəbər verir ki, o, bu barədə “Həmin Zaur&rdquo...

Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Dünyada hər il milyonlarla insanın həyatını itirməyə səbəb olan ən təhlükəli xəstəliklər var.    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşk...

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi...