Göygöldə 1859 ədəd müxtəlif növ sursat aşkarlanıb - FOTO

Göygöldə 1859 ədəd müxtəlif növ sursat aşkarlanıb - FOTO
Göygöl rayonunda xeyli sayda müxtəlif növ sursat aşkarlanıb.

Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) daxil olan məlumatda belə deyilir.

 

İyulun 25-də saat 15:11-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən ANAMA-ya Göygöl rayonu, Yeni Zod kəndində yerli sakinə məxsus həyətyanı sahədə partlamamış mərminin aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən, Agentlikdə yaradılmış xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində 1859 ədəd müxtəlif növ sursat (7 ədəd F1 əl qumbarası, 10 ədəd UZRQM əl qumbarasının zapalı, 1 ədəd VOQ-17 tüfəng qumbarası (ASQ), 1790 ədəd 7-62 çaplı LPS snayper PK gülləsi, 50 ədəd 5-45 çaplı avtomat gülləsi və 1 ədəd "Dyankov” əl qumbarası) aşkar edilərək, götürülüb və zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Tapılan sursatların ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

 
Fotonu təqdim edirik:
 


OXŞAR XƏBƏRLƏR

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırıl...

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...

Qəbiristanlıqda 14 yaşlı qıza əxlaqsızlıq edənə- 4 il 3 ay həbs!

Yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər edən şəxs cinayət məsuliyyətinə cəlb edilib.     Sfera.az xəbər verir ki, ...