Koronavirusun daha bir növü aşkarlandı - 46 mutasiyanı özündə birləşdirir

Koronavirusun daha bir növü aşkarlandı - 46 mutasiyanı özündə birləşdirir
COVID-19-un daha bir ştamı müəyyən edilib.
 
Sfera.az bildirir ki, Fransada 46 mutasiyanı özündə birləşdirən yeni növ aşkarlanıb. Hazırda Ümumdünya Səhiyyə Təşkilatının siyahısında olmayan varianta "İHU” adı verilib. Qeyd edilib ki, yeni ştamın yoluxma sürəti yüksəkdir və vaksinə qarşı müqaviməti güclüdür.

"B.1.640.2.” olaraq bilinən variantın ilk dəfə 10 dekabr, 2021-ci ildə  "Méditerranée Infection University Hospital Institute” (İHU) qurumundakı elm adamları tərəfindən Alpes-de-Haute bölgəsindəki xəstələrin analizi zamanı müəyyən edildiyi bildirilib. Məlumata görə, həmçinin Marsel bölgəsi yaxınlığında da yeni növə 12 yoluxma faktı aşkarlanıb.

Qurumun şöbə müdiri Filipp Kolsonun sözlərinə görə, ilk yoluxma faktı noyabr ayında Afrika ölkəsi olan Kamerundan qayıdan bir kişidə qeydə alınıb. "Qayıdandan 3 gün sonra koronavirus testi müsbət çıxan xəstədə orta dərəcədə tənəffüs çətinliyi yaranıb”, - deyə Kolso əlavə edib.

Digər tərəfdən variant üzərində aparılan sınaqlar zamanı 46 mutasiya arasında E484K və N501Y mutasiyaları aşkar edilib. Buna baxmayaraq, elm adamları hesab edirlər ki, "İHU” ştamının mövcudluğuna yalnız 12 yoluxma faktı əsasında qərar vermək olmaz. Hazırda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) siyahısında olmayan varianta Fransa hüdudlarından kənarda rast gəlinməyib.

Günay Rəsulqızı
Sfera.az

 

 



OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...