Qazaxıstandakı son iğtişaşların iqtisadi təsirləri - Neçə milyon dollar zərər dəyib?

Qazaxıstandakı son iğtişaşların iqtisadi təsirləri - Neçə milyon dollar zərər dəyib?
"Qazaxıstandakı son iğtişaşlar ölkəyə 100 milyon dollardan artıq ziyan vurub. Zərərin miqyası genişlənir”.
 
Sfera.az bildirir ki, bunu Milli Məclisin iqtisadçı-deputatı Vüqar Bayramov deyib. Millət vəkili baş verənlərin ölkə iqtisadiyyatına təsirlərindən də söz açıb:

"Qazaxıstan əksər iqtisadi göstəricilərə görə, MDB-də ikinci yerdədir. Adam başına düşən ÜDM-nin həcminə görə Qazaxıstan Rusiyadan sonra ikincidir: illik 9 min dollar. Orta əmək haqqı məbləğinə görə də, Ukrayna ilə birlikdə şimal qonşumuzdan sonra birlikdə öndədir. 373 dollar orta aylıq əmək haqqısı olan Qazaxıstanda illik ixrac 66 milyard dollardır. Bu göstəriciyə görə sözügedən ölkə dünyada ilk əllilikdə olmaqla MDB-də ikincidir. Qazaxıstandakı hadisələr birjalara da təsirsiz ötüşməyib. Qlobal bazarda uranın qiyməti təxminən 8 faiz bahalaşaraq bir funt üçün 45,25 dollara çatıb”.

V.Bayramov xatırladıb ki, Qazaxıstan dünyadakı uran ehtiyatının təxminən 40 faizini istehsal edir:

"Bu arada, bitkoin də 47300 dollardan 41 400 dollaradək ucuzlaşıb. Bütün bunlar fonunda, son iğtişaşlardan Qazaxıstan iqtisadiyyatı da itkisiz çıxmayacaq. Reallıq budur ki, Türk Dövlətləri Təşkilatının üzvü olan Qazaxıstan yeni mərhələyə qədəm qoyur”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR