Mərkəzi Bank AÇIQLAMA YAYDI

16:19 / 06.01.2022
1352
Sosial şəbəkələrdə "Azərbaycan Mərkəzi Bankının 2022-ci il üçün yeni il sorğusu” məzmununda saxta məlumat və spam keçidlər yayılıb.
Sfera.az xəbər verir ki, bu barədə tənzimləyici qurumun açıqlamasında bildirilir.
"Bu məlumatların Azərbaycan Mərkəzi Bankına heç bir aidiyyatı yoxdur", - deyə qurum bəyan edib.