Neft Fondu yataqlardan 160 milyard dollar qazanıb

Neft Fondu yataqlardan 160 milyard dollar qazanıb
Azərbaycan Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli” və "Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.
 
Sfera.az fondun məlumatına istinadən xəbər verir ki, 2022-ci ilin yanvarın 1-nə qədər "Azəri-Çıraq-Günəşli” yatağı üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 155,373 milyard dollar olub. Bu yataqdan ötən ildə əldə olunan gəlir isə 5,968 milyard dollar təşkil edib.

"Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən) 4,551 milyard dollar təşkil edib. Bu yataqdan ötən il ərzində 884,8 milyon dollar gəlir əldə olunub.

Ümumilikdə, hər iki yataq üzrə fondun əldə etdiyi gəlirlər 160 milyard dollara çatıb. Ötənilki gəlirlər isə 6,853 milyard dollar olub.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR