Çörək sonuncu dəfə 6 il əvvəl bahalaşmışdı - Nə baş vermişdi?

Çörək sonuncu dəfə 6 il əvvəl bahalaşmışdı - Nə baş vermişdi?
Azərbaycanda digər qida məhsullarından fərqli olaraq çörəyin qiymətində dəyişikliyə tez-tez rast gəlinmir. Xüsusən də "zavod” çörəyi kimi tanınan dairəvi çörəklərin qiymətində az hallarda artım baş verir.

Sfera.az xatırladır ki, "zavod” çörəyi sonuncu dəfə 6 il əvvəl bahalaşıb. Devalvasiyadan sonra xaricdən gətirilən malların manatla ifadədə dəyəri kəskin artdığından "zavod” çörəyi də bahalaşdırılmışdı. Həmin dövrdə 40 qəpiyə satılan 650 qramlıq "zavod” çörəyinin qiyməti 10 qəpik artırılaraq 50 qəpiyə çatdırılıb.

2016-cı ilə qədər isə "zavod” çörəyinin dəyəri 2010-cu ildə artırılmışdı. 2010-cu ildə də dairəvi çörək 10 qəpik bahalaşdırılmışdı.

Qeyd edək ki, son 6 ildə "zavod” çörəyinin ədəd qiyməti artmasa da, satılan məhsulun çəkisində azalma müşahidə edilirdi. Bununla faktiki olaraq qiymət artımının baş verməsinin qarşısı alınırdı.

Lakin rəsmi statistikada çörəyin dəyəri ədədlə yox, çəki ilə müəyyənləşdirildiyindən "zavod” çörəyinin qiymətindəki artımı aşkar etmək olurdu. Belə ki, 2016-cı ildə buğda unundan bişirilən 1 kiloqram çörəyin qiyməti 65 qəpik olduğu halda, 2021-ci ilin sonunda qiymət 90 qəpiyə yüksəldi. Müqayiyə olunan dövrdə çörəyin qiyməti 38,5 faiz artıb.

Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR