“Dünya 2022-ci ildə inflyasiya ilə üzləşəcək” – TSÜİAD sədri

“Dünya 2022-ci ildə inflyasiya ilə üzləşəcək” – TSÜİAD sədri
Türk Sənaye və İş Adamları Dərnəyinin (TÜSİAD) İdarə Heyətinin sədri Simone Kaslovski "2022-ci ilə daxil olarkən Türkiyə iqtisadiyyatı” mövzusunda keçirilən paneldə ölkədə artan inflyasiya rəqəmləri ilə bağlı danışıb.

Sfera.az xəbər verir ki, Simone Kaslovski Türkiyədə bu həftənin əvvəlində açıqlanan yüksək inflyasiya rəqəmlərinin atılan addımları yenidən nəzərdən keçirməli olduğunu açıq şəkildə göstərdiyini qeyd edib:

"Doğrudanmı biz inflyasiya ilə mübarizədə düzgün addımlar atırıq? Əgər bunlar düzgün addımlardırsa, inflyasiya niyə bu qədər yüksəkdir?”

TÜSİAD sədri ölkə olaraq gündəlik və həftəlik məsələlərə diqqət yetirərkən qlobal trenddə olan əsas mənzərəni qaçırmamalı olduqlarını deyib.

O bildirib ki, təchizatla bağlı problemlər 2022-ci ildə hələ də davam edərkən dünya yenidən əhəmiyyətli inflyasiya riski ilə üzləşəcək. Buna görə də bütün bu siyasət dizaynlarında prosesi proqnozlaşdırmaq çətin olsa da, səhv etmək riski arta bilər:

"Elə bir dövrdən keçirik ki, nə ölkəmizin, nə də qlobal iqtisadiyyatın inflyasiya riskini qiymətləndirməmək mümkündür”.

Dünyanın düşündüyümüzdən daha sürətlə dəyişdiyini bildirən TÜSİAD sədri 2020-ci ilin əvvəlində COVID-19 epidemiyası həyatımıza daxil olarkən bu dəyişikliyin bu qədər sürətli olacağını heç kəsin proqnozlaşdırmadığını vurğulayıb.
 
O, yaşanan prosesə uyğunlaşmaq üçün indiyədək öyrənilənləri bir kənara qoyub yenidən, təkrar-təkrar düşünməli və strategiyalar inkişaf etdirməli olduqlarını söyləyib.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR