“Zavod” çörəyi bu gündən yeni qiymətə satılır

10:50 / 06.01.2022
1530
Əvvəllər bir ədədi 50 qəpiyə satılan "zavod”
(dairəvi) çörəyin qiyməti bu gündən 15 qəpik və ya 30 faiz artırılaraq 65 qəpiyə
çatdırılıb. Qiyməti 40 qəpik olan dairəvi çörək isə 50 qəpiyə satılır.
Sfera.az bildirir ki, artıq bütün çörək satan
mağazalarda "zavod” çörəkləri yeni qiymətlərə təklif edilir.
Qeyd edək ki, çörəyin qiymətinin artırılacağı
bir neçə gün öncədən bəlli idi. Bir neçə gün öncə iri un və çörək
istehsalçıları müraciət qəbul edərək 50 kq-lıq unun qiymətinin 26 manatdan 36
manata, "zavod” çörəklərinin qiymətinin isə 10-15 qəpik qalxacağını
bildirmişdilər.
Vasif