Neftin qiyməti 81 dolları keçdi

İqtisadiyyat
19:10 / 05.01.2022
1630
Birjalarda "Brent” markalı neftin qiyməti yenidən bahalaşıb.
Sfera.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, "Brent"in mart fyüçersləri 1,31% bahalaşaraq 81,05 ABŞ dollarından, WTI markalı neftin fevral fyüçersləri isə 0,99% bahalaşaraq 77,75 dollardan satılıb.
Qeyd edək ki, sonuncu dəfə "Brent" nefti bu qiymətə (81 dollardan baha) ötən il noyabrın 26-da satılıb.