Qonşular paltar sərmək üstündə dava etdilər: silahlar işə düşdü - Xəsarət alan var

11:53 / 05.01.2022
901
Türkiyədə qəribə olay yaşanıb.
Sfera.az bildirir ki, Bağcılarda iki qonşu və yaxınları paltar asmaq üstündə dava ediblər.
İddialara görə, Mahmutbey məhəlləsində 4 mərtəbəli binada yaşayan Ramazan T. ilə qonşuları arasında sözügedən məsələ ilə bağlı mübahisə yaranıb. Qısa zaman ərzində yaxınların da müdaxiləsi ilə bu, silahlı davaya çevrilib. Hadisə yerinə gələn tərəflərdən birinin yaxını silahını çıxararaq atəş açıb. Nəticədə Ramazan T.-nin qardaşı Recep T. ayağından yaralanıb, şübhəlilər isə qaçıb.
Hadisə yerinə gələn təcili tibbi yardımın ilkin müdaxiləsindən sonra Recep xəstəxanaya çatdırılıb.
Polis qaçan şübhəliləri yaxalamaq üçün çalışmalara başlayıb. Məlumata görə, onların qaçış anları ətrafdakı təhlükəsizlik kamerasında qeydə alınıb.
Türkan
Sfera.az