Bakıda arvadını balta və bıçaqla öldürən şəxsin FOTOSU

Bakıda arvadını balta və bıçaqla öldürən şəxsin FOTOSU
Ötən gün Əhmədli qəsəbəsində ər arvadını balta və bıçaqla qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən Orxan Alıyev tutularaq istintaqa cəlb olunub.

Sfera.az  oxu.az-a istinadən sözügedən şəxsin fotosunu əldə edib.

Həmin fotonu təqdim edirik:


Xatırladaq ki, Xətai Rayon Prokurorluğu yanvarın 4-ü saat 15 radələrində 1991-ci il təvəllüdlü Həmidə Həsənovanın yaşadığı evdə öldürülməsi barədə daxil olan məlumat əsasında araşdırma aparıb.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Orxan Alıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Həmidə Həsənovaya balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

Müavinətlər və sosial yardımların ödənilmə vaxtı AÇIQLANDI

Respublika üzrə müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilmə vaxtı açıqlanıb.    Sfera.az xəbər verir ki, bu b...

ATƏT-dən Əliyev Paşinyan görüşünə reaksiya

Biz Avropa Birliyinin (AB) yardımı ilə Azərbaycan və Ermənistan tərəfləri arasında görüşü alqışlayırıq.   Sfera.az xəbər verir ki, bu barədə ATƏT-ə s...

"Təranənin yanında yaxşı kişi olsaydı..." - Rəqsanə

"Neçə gündür Elza Seyidcahanın verilişdə olması gündəmdədir. Ona yardımı reklam üçün etmədim. Uşaq deyiləm, onla özümə xal qazanım. Elza Seyidcahanla heç y...

Şuşa və Ağdama iyuna olan biletlər satışa çıxarılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Şuşa və Ağdam şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərin...

Könül Nurullayeva: “Brüssel görüşündə uğurlu nəticələr əldə olunub”.

Beş saat davam edən Brüssel görüşündə və Aİ Şurasının Prezidenti Şarl Mişelin mətbuata açıqlamasında “Dağlıq Qarabağ” ifadəsi yenə işlədilmədi. Eyni...

Vüqar Səfərli ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüldü

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli cəzaçəkmə müəssisəsinə köçürülüb....