Ağstafada 37 yaşlı qadın ərini baltaladı

13:30 / 04.01.2022
2846
Ağstafa rayonunda kişi həyat yoldaşı tərəfindən qətlə yetirilib.
1985-ci il təvəllüdlü Aynur Abdullayeva ailə münaqişəsi zəminində əri, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayevi balta ilə öldürüb.
Hadisə rayonun Dağ Kəsəmən kəndində baş verib.
Faktla bağlı araşdırmalar aparılır.