Zəncəfilin faydaları

Zəncəfilin faydaları

Bir çox insanın dadını bəyənmədiyi zəncəfilin faydaları saymaqla bitmir.

Sfera.az atv.az-a istinadən bildirir ki, zəncəfil dünyanın hər yerində, bütün mətbəxlərdə tez-tez istifadə edilən ədviyyatdır. Zəncəfil şəfa məqsədilə ədviyyat, çay və birbaşa yeyilən qida kimi müxtəlif formalarda istifadə edilə bilər. Zəncəfil əsasən kök formasında daha yaxşı təsir edir. Toz halında zəncəfilin isitfadəsi məsləhət deyil. Çünki toz halında olan hər bir məhsula, əlavə qatqılar qatıla bilər. Zəncəfil təbii antibiotik kimi istifadə edilir. Gəlin faydalarına diqqət edək.

1. Astmaya yaxşı təsir edir

Son illər aparılan araşdırmalar sübut edib ki, zəncəfil astma tutmalarını yüngülləşdirmə gücünə malikdir. Astma müalicəsində istifadə edilən ən təsirli təbii vasitədir.

2. Əzələ ağrılarına faydalıdır

Zəncəfil əzilərək ağrıyan əzələ üzərinə qoyulduqda, əzələ ağrılarını yüngülləşdirir və prossesi sürətləndirir.

3. İltihabın qarşısını alır

Zəncəfilin iltihab problemləri olan insanlara dərman kimi faydalıdır. Xüsusilə sümüklərdə yaranan infeksiyaların və yaş artdıqca ortaya çıxan oynaq ağrılarının azalmasında üffüktli təsir edir.

4. Cinsi gücü artırır

Zəncəfilin eyni zamanda afrodizyak təsiri var. Tarix boyu zəncəfil cinsi gücü artıran vasitə kimi istifadə edilib. Xüsusən də kişilər uşaq sahibi ola bilmək üçün bu ədviyyatdan tez-tez yararlana bilər. Zəncəfildən Osmanlı dövründə padşahların istifadə etdikləri faktları da isbat edilib.

Ancaq zəncəfili istifadə edərkən gün ərzində qoz boyda ölçüdə götürülür 1 ay istifadə edilir. 10 gün fasilə verib davam etdirilir. Bununla bərabər uzun müddət istifadə edərkən prostat və yaddaş problemi yarada bilər.

5. Sancılı menstruasiya dövründə ağrıları yüngülləşdirir

Zəncəfil menstruasiya ağrılarının keçməsi üçün əsrlər boyu istifadə edilən və təbii bir ağrı kəsici olaraq qəbul edilmiş bitkidir. Bununla yanaşı, menstruasiya əvvəli müşahidə edilən yorğunluq və halsızlığa yaxşı təsir edir. Nizamsız menstruasiyanı tarazlamağa kömək edir.

6. Mədə bulantısının qarşısını alır

Zəncəfil mədə bulanrtısının qarşısını almaq üçün ən uyğun həll yoludur. Xüsusilə hamilələr ürək bulanmalarının qarşısını almaq üçün az miqdarda zəncəfil yeyə və ya  çayıni içə bilərlər.

7. İshala kömək edir

İshal baş verdikdə bir stəkan zəncəfil çayı içmək və ya yemək məsləhətdir. Eyni zamanda ishalla birlikdə itirilən bədəndəki su nisbətini tarazlamağa kömək edir.

8. İmmunitet sistemini gücləndirir

Zəncəfil qrip və soyuqdəymə kimi narahatlıqlarda tərləməyə kömək olaraq xəstəliyin yaxşılaşmasında əhəmiyyətli rol oynayır. Xüsusilə bal və zərdəçal ilə birlikdə hazırlandığında bu narahatlıqlara dərmanlardan daha yaxşı təsir edir. 

Zəncəfili kartofa oxşar variantından qoz boyda kəsilir. Xırdalanır üzərinə qaynar su tökülüb dəmlənilir. Gün boyu 1-2 stəkan içilir. Bu çür həm də piy əridici kimi təsir edir.

Yaxud da balla, qozla, kişmilə, darçınıla hazırlanıb gün ərzində 1 ç.q səhər-axşam yeyilir.


OXŞAR XƏBƏRLƏR

Yağış yağacaq, dolu düşəcək

Aprelin 22-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadas...

Leyla Əliyeva Autizm Assosiasiyasının idmançı uşaqları ilə görüşüb - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Azərbaycan Autizm Assosiasiyasının idmançı uşaqları ilə görü...

Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO

Sosial şəbəkələrdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-3" yaşayış massivindəki binalarda əyilmə olduğu və ərazidə bərkitmə işlərinin aparıld...

31 dərəcə isti var - FAKTİKİ HAVA

Saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.   Sfera.az xəbər verir ki, bu barədə ETSN-in Milli Hidr...

İtkin düşən azərbaycanlının meyiti tapıldı

Gürcüstanda soydaşımız qətlə yetirilib.   Sfera.az baku.tv-yə istinadən xəbər verir ki, hadisə Bolnisi rayonunun Saraçlı kəndində baş verib.  ...

Gürcüstanın avtomobil bazarında böhran: Azərbaycana təsir edəcək?

Gürcüstanın işlənmiş avtomobil bazarı böhran yaşayır.   Sfera.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Avtomobil İdxalçılar...