Bakıda 3 otaqlı evdə yanğın olub

Bakıda 3 otaqlı evdə yanğın olub

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 3 otaqlı evdə baş verib. Evin 1-ci mərtəbəsində məişət qaz balonunun alışması nəticəsində bir otağın ev əşyaları 12 kv.m sahədə yanıb, yüksək temperaturdan otağın və dəhlizin tavanı 17 kv.m sahədə qarsalanıb.


OXŞAR XƏBƏRLƏR