Yelo Bankdan “dördayaqlı dostlar”a dəstək aksiyası!

Yelo Bankdan “dördayaqlı dostlar”a dəstək aksiyası!

Sosial məsuliyyət təkcə insanlara deyil, həm də heyvanlara da qayğını əhatələyir. Sahibsiz heyvanlara sahib çıxmaq üçün Yelo Bank nümunəvi addım atıb.


Bankın Baş ofisində əməkdaşların övladlarının iştirakı ilə tədbir həyata keçirilib. Tədbir bioloq təlimçi və mentor tərəfindən uşaqlara küçə heyvanları haqda ümumi məlumatlandırma, onlarla rəftar, onların xüsusiyyətləri kimi ilkin biliklərin müzakirə edildiyi interaktiv təlimlə başladı. Təlim zamanı uşaqlar həm də heyvanları şəhər həyatında üzləşdikləri çətinliklərdən qorumaq yollarını kəşf etdilər. Təlimin "workshop” hissəsində isə uşaqlar komandalara bölünərək pişik evlərini rəngləməyə başladılar. Tədbirin yekununda isə uşaqlar sertifikat və hədiyyə ilə mükafatlandırıldılar.


Tədbirin əsas məqsədi soyuq havalarda insanların qayğısına ehtiyacı daha da çoxalan sahibsiz heyvanlara qarşı uşaqların qəlbində sevgi duyğusu yaratmaq, onlarla heyvanlar arasında dostluq və qayğıya yönəlmiş münasibət formalaşdırmaqdır.

 

Uşaqların imzası ilə tamamlanmış pişik evləri Bakı şəhərindəki park ərazilərində yerləşdiriləcək.


Qeyd edək ki, tədbir GİD CSR Consulting-in birgə təşkilatçılığı ilə həyata keçirilib.


Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook,Instagram və ya Whatsapphesablarımıza yazın cavablandıraq! Həmçininkredit kalkulyatoru ilə istədiyiniz məbləği hesablayıb sifariş edə bilərsiniz.


Yelo Bank – Parlaq bankçılıq!


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...