Səhərlər qəhvə içənlərə XƏBƏRDARLIQ

Səhərlər qəhvə içənlərə XƏBƏRDARLIQ

 

 

Qəhvə haqqında fikirlər birmənalı deyil. Bəziləri onun zərərli, bəziləri xeyirli olduğu haqda fikirlər söyləyir. Bu mövzuda ən böyük mübahisələrdən biri də səhər günə qəhvə ilə başlamaqdır.


Sfera.az bununla bağlı mütəxəssis fikirlərini təqdim edir.
Həkimlər nahar etmədən günə sadəcə qəhvə ilə başlayanların öz səhhətlərini təhlükəyə atdıqlarını deyirlər. Belə ki, bu, ilk növbədə, həmin insanın bədən və psixologiyasına mənfi təsir göstərir. Günə yalnız qəhvə içərək başlayanlarda ürək döyüntüsü, qastrit və mədə riski daha yüksəkdir.

Nahar şərtdir

Xüsusilə yaz aylarında nizamlı səhər yeməyi yemək vacibdir. Son dövrdə qəhvə içib işə getmək ənənə halını alıb. Bunu edən insanlar qəhvənin enerji verdiyini düşünürlər. Halbuki qəhvə kafein ehtiva etdiyi üçün diqqəti artırsa belə, bədənə enerji vermir. Səhərlər yalnız bir fincan qəhvə içib işə başlayanlarda ürək döyüntüsü, qastrit və mədə spazmı müşahidə edilir. Bunun əvəzinə gündə 2-3 litr su içmək məsləhətdir. Mütləq evdən çıxmazdan əvvəl ən azından bir dilim çörək, bal, bir stəkan çayla da olsa, səhər yeməyi yeyin. Səhər yeməyi bədənin immunitet sistemi üçün böyük əhəmiyyət daşıyır. Yaxşı səhər yeməyi nəticəsində bədən aldığı enerji sayəsində istiliyini - 37.5 dərəcəni qoruyur. Gündə 2-3 litr su isə bədənimizdə istiliyə nəzarət edir.

Həmçinin çox isti günlərdə bədən hərarətini aşağı salmaq üçün su içmək lazımdır. Ayran və ev şəraitində hazırlayacağınız təbii su və şirələr də içə bilərsiniz. İsti havada bədən tərləmə yolu ilə natrium və kalium itirir. Natrium və kalium ehtiyacı üçün duzlu ayran və ya mineral su içmək məsləhətdir.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...