Baş nazir QƏRAR İMZALADI

Baş nazir QƏRAR İMZALADI
Nazirlər Kabineti "Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nın, "Ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri”nin və "Ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında 7 iyul 2009-cu il tarixli qərarında dəyişiklik edib.

Sfera.az  xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən yük avtomobillərinin icazə verilən ümumi kütləsi üçoxlu avtomobil üçün 24 tondan 25 tona, aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz olunmuş iki cüt təkərdən ibarət olan avtomobillər üçün isə 25 tondan 26 tona dəyişdirilib.

Bundan başqa, yəhərli avtoqatarların icazə verilən ümumi kütləsi ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə, üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə və üçoxlu dartıcı üçoxlu yanmqoşqu ilə 38 tondan 40 tona çatdırılıb.

OXŞAR XƏBƏRLƏR

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə Rus...

Rusiya ABŞ-nin təzyiqlərinə tab gətirəcəkmi? - "Artıq döyüşlərin intensivliyi azalıb"

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunmayacağı təqdirdə Moskvaya qarşı indiyədək tətbiq olunmamış, daha sərt...

Gürcüstanın sabiq müdafiə naziri həbs edildi

Tbilisi məhkəməsi sabiq müdafiə naziri İrakli Okruaşviliyə qarşı qətimkan tədbiri olaraq təyin edilmiş 20 min lari məbləğində girovu həbslə əvəzləyib.  ...

Dünyanın ən kasıb prezidenti vəfat etdi

Uruqvayın keçmiş prezidenti, El Pepe kimi tanınan Xose Muxika 89 yaşında vəfat edib   Sfera.az bu barədə “BBC News”a istinadən xəbər veri...

Dəstək və əzm sayəsində əldə olunan nailiyyətlər: qəhrəmanlarımızın uşaqları beynəlxalq olimpiadalarda - FOTO

Geniş auditoriya IMEC və TIMO beynəlxalq olimpiadalarında qızıl medallara layiq görülən azərbaycanlı məktəblilərin hekayələri ilə artıq tanış olub.   ...

Yeni hərbi prokuror kollektivə təqdim edilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 may 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan...