Yeni ilin ilk günlərində türk lirəsini nə gözləyir? - Türkiyəli iqtisadçıdan PROQNOZ

Yeni ilin ilk günlərində türk lirəsini nə gözləyir? - Türkiyəli iqtisadçıdan PROQNOZ
Dolların kəskin ucuzlaşacağını əvvəlcədən bilən türkiyəli iqtisadçı İslam Memiş yeni proqnozlarını açıqlayıb.
 
Sfera.az bildirir ki, bu barədə o, "YouTube” kanalında məlumat verib. İqtisadçı vətəndaşlara bundan sonra çox ucuz qiymətə qızıl və valyuta almaqla bağlı gözləntidə olmamağı tövsiyə edib.

"Dollar 22 lirə, qızılın qramı 1500 lirə olacaq deyə uçurdular.  İndi də deyirlər ki, 3 yanvar gələndə görüşərik. Bəs yanvarın 3-də nə olacaq? İnfilyasiya rəqəmi açıqlanacaqmış, yüksək olacaqmış.  Dostlar, buna aldanmayın, tələyə düşməyin. Bu ucuzlaşmalar sondur. Fürsəti qaçırmayın! Ucuzlaşmalar qalıcı deyil. Dollarda 12,50 lirə səviyyəsi müqavimət səviyyəsidir. Əgər o müqavimət qırılsa, o zaman 13.70-14.50 lirə gözləyə bilərsiniz”, - deyə İslam Memiş əlavə edib.
O qeyd edib ki, 17-18 dollar alanlar 3-4 ay gözləyəcək deyənlərə inanmaq olmaz: "Məncə, o qədər də gözləməyəcəklər.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 10:53-də Dollar/TL məzənnəsi 2,5% artımla 12,08 lirə səviyyəsində olub. Bu həftəyə 10,76-dan başlayan dollar/TL məzənnəsi, həftənin əvvəlindən bu yana 10%-dən çox yüksəlib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR