Azərbaycan indiyədək 80-ə yaxın ölkəyə yardım göstərib

Azərbaycan indiyədək 80-ə yaxın ölkəyə yardım göstərib
2021-ci il ərzində Azərbaycan Respublikası beynəlxalq səviyyədə humanitar yardım və inkişafa dəstək fəaliyyətini davam etdirib.

Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin 2021-ci ilin yekunlarına dair mətbuat buraxılışında deyilir.

Qeyd edilib ki, yalnız Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi – AİDA-nın (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərkibində fəaliyyət göstərilir) əlaqələndirməsi ilə 2021-ci ildə İndoneziya, Xorvatiya, Sent Vinsent və Qrenadinə humanitar yardım, eləcə də Türk Dövlətləri Təşkilatı xətti ilə isə Burkina Fasoya COVID-19 əleyhinə peyvənd göndərilmişdir. Ümumilikdə isə ölkəmiz indiyədək dünyanın 80-ə yaxın ölkəsinə və üç beynəlxalq təşkilata yardım göstərmişdir. Bundan əlavə, AİDA-nın qoşulduğu İslam İnkişaf Bankının Afrika ölkələrində "Qarşısı alınabilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) layihəsi çərçivəsində 2021-ci ildə Qvineya, Kotdevuar və Nigerdə humanitar aksiyalar keçirilib.

"Eyni zamanda, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərinin vətəndaşları üçün təsis edilmiş qrant proqramları sayəsində 2021-ci ildə 37 ölkədən 40 tələbə Azərbaycan universitetlərində ali təhsil almaq şansı əldə edib. AİDA-nın ADA Universiteti ilə birgə təşkil etdiyi "Əcnəbi diplomatlar üçün xarici siyasət proqramı” çərçivəsində 15 xarici diplomat üçün təlim təşkil olunub", - məlumatda deyilir.

OXŞAR XƏBƏRLƏR

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...