“Bölgə ölkələri razılığa gələcək” – MDB dövlət başçılarının Zirvə görüşündən gözləntilər

16:00 / 28.12.2021
839
Xəbər
verdiyimiz kimi, bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər
Birliyi (MDB) ölkələri dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilir.
Sfera.az-a
sözügedən görüşdə əks oluna biləcək məsələlər, yekun bəyanatla bağlı danışan politoloq
Turab Rzayev Rusiyanın NATO-nun genişlənməsindən narazı olduğunu bildirərək,
iclasda da bu məsələyə toxunacağını deyib.
Ekspert
MDB ölkələrinin Qərbə olan inteqrasiyasına da diqqət çəkib:
"Rusiya
son vaxtlar Qərbin keçmiş MDB məkanındakı fəaliyyətindən narazıdır və bununla
da Şərq Qərb toqquşması yaşanır. Rusiya NATO ölkələrinə, xüsusilə də Böyük
Britaniya və ABŞ-a öz etirazını bildirir. Ən son Lavrovurun "Varşava təşkilatı
dağıldıqdan sonra sahibsiz qalan əraziləri NATO ələ keçirir”, deməsi də məhz
bunu göstərir ki, Rusiya NATO-nun Şərqə doğru genişlənməsindən narahatdır.
Düşünürəm ki, iclasda Rusiya bununla bağlı öz mövqeyini ortaya qoyacaq. MDB ölkələrinin
Qərbə inteqrasiyası, onların hərbi siyasi bloka daxil olmasını Rusiya etirazla
qarşılayacaq”.
Politoloq
Rusiyanın Azərbaycana qarşı irəli sürdüyü təklifdən də danışıb:
Əzizə
Zeynal