"Rusiya Xankəndindəki qondarma qurumu de-jure tanıya bilər, sonra isə..." - Azərbaycan üçün ən böyük TƏHLÜKƏ

"Paşinyan və komandası onların sözünə baxmayan, daha çox Rusiya və Kremlin Ermənistandakı sözçülərinə bağlı olan qondarma rejimə pul xərcləmək istəmir. 2022-ci ildə Ermənistan büdcəsi 4 milyard dollar olacaq, bunun 300 milyon dollarını Arayikin dəstəsinə vermək, onların da bu pulu nəzarətsiz xərcləməsini istəmirlər”.
 
Sfera.az-ın məlumatına görə, bunu REAL partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli deyib. O, bu vəziyyətin müsbət və mənfi tərəflərinin olduğunu vurğulayıb:

"Ermənistan Qarabağ prosesindən çəkilərək Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmağı, Gürcüstan üzərindən dolayı Qərbə çıxışdansa, Türkiyə üzərindən birbaşa Qərbə çıxış əldə etməyi düşünür. İndi Ermənistan cəmiyyətində anti-Rusiya fikirləri çox güclüdür, Paşinyan və komandası özbaşına Qərbyönümlü deyil, onlar cəmiyyətdə olan münasibətin siyasi "tərcüməçisidirlər”. Yəni, rəsmi İrəvanın Xankəndi prosesindən çəkilmə istəyi Azərbaycanla daha tez anlaşma ortamı yarada bilər. Ermənistan Qarabağ məsələsini üzərindən artıb iqtisadi yüksəlişə köklənsə, cəmi 5 ildən sonra ÜDM və büdcəsini 2 dəfə artıra bilər” .

N.Cəfərli qeyd edib ki, Rusiya Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların Azərbaycana inteqrasiyasını istəmir:

"Ermənistan prosesdən çəkildikcə Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlılara daha çox yardım, iqtisadi fürsətlər, sosial layihələr təqdim etməklə onları özlərinə bağlayacaq. Bu gün Xankəndində olan qondarma qurumu de-fakto tanıdığı kimi, münasibətləri daha da dərinləşdirəcək, günün birində de-fakto tanıdığı rejimi de-jure tanıya, həmin qondarma qurumun geydirmə "parlamentinin” qərarı ilə orada bir ömür qalması ilə bağlı qərar çıxartdıra bilər. Bu, ən böyük təhlükədir. Biz tezliklə Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların ölkəyə inteqrasiyası ilə bağlı addım-addım planı açıqlamalıyıq”.

Günay Rəsulqızı
Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...