“Surət Hüseynovun qabağından dovşan kimi qaçanda...” – Tahir Kərimli parlamentdən müxalifətə səsləndi

14:08 / 27.12.2021
1314
"Bəli, bu gün İlham Əliyevin alternativi
yoxdur. Siz vaxtı ilə Surət Hüseynovun qabağından dovşan kimi qaçanda bütün
şanslarınızı əldən verdiniz".
Sfera.az xəbər verir ki, bu sözləri
parlamentin bugünkü plenar iclasında millət vəkili Tahir Kərimli müxalifət
nümayəndələrinin sosial şəbəkələrdə onu təhqir etmələrinə cavab olaraq deyib.
O, qeyd edib ki, bu gün AXCP və Müsavat təmsilçiləri
onu xəyanətdə, hakimiyyətə işləməkdə, Prezidenti dəstəkləməkdə ittiham edir.
"Bəli, biz bu gün Azərbaycandakı problemlərini həll edə biləcək şəxsin ətrafında birləşib, onu dəstəkləyirik. Çünki bu gün Azərbaycandakı
problemləri həll edəcək şəxs varsa, o da İlham Əliyevdir", - deyə o,
bildirib.
T. Kərimli
əlavə edib ki, vaxtı ilə AXCP və Müsavat partiyaları Qərbdəki ağaları ilə alverə
gedərək, onların xeyir-duası ilə parlamentdə təmsil olunublar:
"O
zaman da Müsavat AXCP-ni, AXCP də Müsavatı parlamentdə təmsil olunduğuna görə xəyanətdə
ittiham edirdilər. İndi siz parlamentə düşməmisiniz deyə, bizi xəyanətdə
ittiham edirərək, bizi gözdən salmağa çalışırsınız. Siz bunu görməyəcəksiniz".