SOCAR 2022-ci ildən karbon emissiyasını sıfıra endirəcək

İqtisadiyyat
15:17 / 21.12.2021
720
Azərbaycanın dövlət neft şirkəti SOCAR 2022-ci
ilin əvvəlində öz sahələrində neft və qaz hasilatı zamanı xalis sıfır karbon
emissiyasına nail olmaq niyyətindədir.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı
"Reuters” agentliyinə SOCAR prezidentinin ekologiya üzrə müavini Rəfiqə
Hüseynzadə bildirib.
"Biz 2010-cu ildən Dünya Bankının "Səmt
Qazının Məşəldə Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR)
proqramı çərçivəsində bunun üzərində işləyirik", - deyən R.Hüseynzadə qeyd
edib ki, SOCAR-ın yataqlarından karbon emissiyaları 2012-ci ildə 9-10% təşkil
edirdisə, son vaxtlar bu rəqəm 2%-ə qədər azalıb: "2022-ci ildə biz karbon
neytrallığına çatacağıq. Emissiyaların azaldılması yalnız karbohidrogenlərin
çıxarılması prosesi ilə bağlıdır. Birbaşa hasilata aid olmayan bəzi emissiyalar
hələ də yaranacaq.
Şirkət həmçinin tərəfdaşları ilə birgə
hazırladığı layihələr üçün iqlim hədəfləri təyin etməyib”.
Vasif