12 imamla bağlı klipə görə məktəb rəhbəri cəzalandırıldı

12 imamla bağlı klipə görə məktəb rəhbəri cəzalandırıldı
Təhsil naziri Emin Əmrullayev məktəbdə dini klipin çəkilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Sfera.az xəbər verir ki, nazir bu gün keçirdiyi brifinqdə bu barədə məlumatlı olduğunu, məsələnin araşdırıldığını bildirib:

"Məktəbdə mövzulardan asılı olmayaraq klip çəkilişi üçün yer olmamalıdır. Kimsə məktəbdə maarifləndirmə ilə bağlı serial çəkirsə belə, nazirlikdən icazə alınmalıdır. Biz araşdırmışıq ki, həmin dini klip iş günü olmayan gündə çəkilib. Bizdən icazə alınmayıb. Valideynlər də bu prosesdə iştirak ediblər. Artıq məktəb rəhbəri müvafiq qaydada cəzalandırılıb”.
 


OXŞAR XƏBƏRLƏR