Xarici ticarət saldomuz 7 illik maksimuma çatıb - Statistik göstəricilər

13:07 / 21.12.2021
747
2021-ci ildə Azərbaycanın xarici ticarət
saldosu 7 illik maksumuma yüksəlib.
Sfera.az Dövlət Gömrük Komitəsinin məlumatına
istinadən xəbər verir ki, 11 ay ərzində ixrac edilən malların dəyəri 20,713
milyard dollara çatıb. Bu məbləğə gömrükdə rəsmiləşdirilməsi başa çatdırılan
ixrac olunan xam neft və təbii qazın dəyəri daxildir. İxrac edilən amma hələlik
rəsmilləşdirilməsi başa çatmayan malların dəyəti isə növbəti aylarda göstəricilərə
əlavə ediləcək. İlk 11 ayda idxal 10,41 milyard dollar olub.
Bu il saldonun xeyli böyüməsi ixracın artması
hesabına təmin edilib.
İxracda artımın böyük olması qiymətlərlə
bağlıdır. 2021-ci ildə Azərbaycanın ixrac etdiyi malların dəyəri idxal
mallarına nisbətən daha çox bahalaşıb. Rəsmi məlumata əsasən ixrac malları 47
faiz bahalaşdığı halda, idxal malları 21,4 faiz dəyər qazanıb.
Vasif