Türkiyədə dolların kəskin ucuzlaşması davam edir

11:44 / 21.12.2021
580
Prezident Rəcəb Tayyib Ərdoğanın hökumətin dünən keçirilən iclasından sonra lirə təşviq paketini açıqlaması dollar/lirə məzənnəsində kəskin enişə səbəb olub. Bazar ertəsi 18,3 səviyyəsinə çatan dollar/lirə məzənnəsi lirə təşviq paketinin açıqlanmasından sonra sürətlə düşərək 13,2 lirəyə çatıb.
Sfera.az bildirir ki, həftənin ikinci günü də birjalarda dolların ucuzlaşması davam edib. Günün birinci yarısında dollar daha 10 faiz ucuzlaşaraq 12 lirəyə düşüb.
Kəskin enmələrdən sonra türk lirəsinin 1 aylıq volatilliyi 61-ə çataraq 2018-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb. Göstərici sonuncu dəfə 2018-ci il avqustun 13-də 61,47 səviyyəsinə qalxıb.
Vasif
Sfera.az