“Bu il islahatlar aparılacaq, idarəetmə mexanizmləri yaradılacaq”

“Bu il islahatlar aparılacaq, idarəetmə mexanizmləri yaradılacaq”

“2016-cı ildə pensiya və əmək haqlarının artırılması ilə bağlı hökumət təkliflər hazırlamalıdır”.

Sfera.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı kənd təsərrüfatında islahatların genişləndirilməsi, meliorasiya tədbirlərinin davam etdirilməsi, əhalinin su, qaz və elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması, regionlarda sənaye zonalarının yaradılması prosesinin sürətləndirilməsi, dotasiya ilə yaşayan rayonların iqtisadi səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlar verib.

Prezident İlham Əliyev görülən işlərlə bağlı hər rüb məlumat verilməsi ilə əlaqədar rayon icra hakimiyyətlərinin başçıları qarşısında tələb qoyub:

“2016-cı ildə struktur islahatlar aparılacaq, çevik idarəetmə mexanizmləri yaradılacaq. Bununla bağlı yaxın vaxtlarda addımlar atılacaq”.

Prezident İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının inkişafı və bu sektorda şəffaflığın təmin edilməsinin vacib olduğunu vurğulayıb: “Turizm və nəqliyyat sektorunun inkişafı diqqət mərkəzində saxlanılacaq. Nəqliyyat dəhlizlərinin səmərəli işləməsi üçün tədbirlərin görülməsi əhəmiyyətlidir. Tranzit yüklərin Azərbaycan üzərindən daşınması üçün Koordinasiya Şurası yaradılıb. Artıq Azərbaycan, Gürcüstan və Türkiyə bu dəhlizdə vahid tarif siyasəti yürüdür”.

Dövlət başçısı qeyd edib ki, Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsindən sonra Türkiyəyə məxsus yük maşınları Orta Asiyaya gedişini asanlaşdırmaq üçün Azərbaycan öz imkanlarını işə salıb.

Bununla yanaşı, prezident İlham Əliyev tikinti sahəsində açıq tenderlərin keçirilməsi, bu sahədə də şəffaflığın təmin olunması, üstünlüyün daha çox yerli şirkətlərə verilməsi, paytaxt nəqliyyatının vahid sistemə keçidinin sürətləndirilməsi, ekoloji məsələlərin həlli, yeni “Asan-xidmət” mərkəzlərinin açılması və onlara yeni səlahiyyətlərin verilməsi barədə tapşırıqlar verib.


OXŞAR XƏBƏRLƏR

Alimlər yaddaşı yaxşılaşdırmaq üçün məşq tövsiyəsi ediblər

London Universitet Kollecinin alimləri müəyyən ediblər ki, hər əlavə 30 dəqiqəlik fiziki fəaliyyət koqnitiv performansı yaxşılaşdıra bilər.   Sfera.az ...

IV Azərbaycan Vokalçıları Festivalı keçiriləcək

Dekabrın 20-dən 24-dək IV Azərbaycan Vokalçıları Festivalı keçiriləcək.   Sfera.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən bildirilib ki, festi...

Başqasının cinayətinə görə 24 il cəza çəkən milyonçu yenidən həbsxanaya düşəcək

Başqasının cinayətinə görə 24 il həbsdə yatmış və bəraət qazandıqdan sonra şəhərdən 4,15 milyon dollar alan Filadelfiyadan olan 50 yaşlı Şorn Tomas yenidən həbs...

DİN-dən diplomsuz plastik cərrahlarla bağlı açıqlama- “Cəzalar olacaq”

“Vətəndaş zərərçəkmişə çevrilməməsi üçün müraciət etdiyi ünvanı tanımalıdır. Mən harada müalicə olunuram, məni kim müalicə edir, bunun müalicə etməsi üçün...

Vyetnamın ən zəngin qadınlarından biri ya 9 milyard dollar toplamalı ya da... - FOTO

Vyetnamın ən varlı qadınlarından biri olan Çionq My Lan ölüm cəzasına məhkum edildiyi dələduzluq işində apellyasiya şikayətini itirib. O, ən azı 9 milyard dolla...

Bu iki reperin edamı istənilib

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Green yetkinlik yaşına çatmayanlara cinsi istismarda ittiham olunan qalmaqallı amerikalı reperlər C...