Prezident “Yaşıl dəhliz”lə bağlı fərman imzaladı

Prezident “Yaşıl dəhliz”lə bağlı fərman imzaladı
"Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”na dəyişiklik edilib.

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra hüquqi şəxs ləğv olunduqda, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin fərdi sahibkar fəaliyyətinə xitam verildikdə, həmin şəxs məhkəmə tərəfindən ölmüş elan edildikdə, itkin düşmüş və yaxud fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, yaxud vəfat etdikdə Dövlət Gömrük Komitəsi onun "Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu ləğv edəcək. İndiyə qədər bu hüquq yalnız hüquqi şəxs ləğv olunduqda, yaxud fiziki şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə və yaxud vəfat etdikdə ləğv olunurdu.

Bundan başqa, Qaydalara edilmiş əlavəyə görə "Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ ləğv edilən şəxs bu barədə qərar qəbul edildikdən ən azı 6 ay sonra (bu Qaydada nəzərdə tutulan halda məhkumluq ödənildikdən və yaxud götürüldükdən sonra) yenidən bu hüququ əldə etmək üçün müraciət edə bilər.

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...