Makron niyə Azərbaycan dilində status yazdı? – “Moskva boş dayanmayacaq və...”

Makron niyə Azərbaycan dilində status yazdı? – “Moskva boş dayanmayacaq və...”
Ötən gün Fransa Prezidenti Emmanuel Makronun sosial şəbəkə hesabında Azərbaycan dilində yazdığı status müzakirə obyektinə çevrilib. Makron  Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdən sonra "Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Prezident Əliyevlə, sonra da baş nazir Paşinyanla birgə irəlilədik”, - deyə paylaşımında qeyd etmişdi.
 
Maraqlıdır, Emmanuel Makronun bu addımı nəyə hesablanıb? Fransa hansı mesajları vermək istəyir?

Bununla bağlı  Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, ümumiyyətlə Makronun Azərbaycan və Ermənistan arasında vasitəçiliyi, hər iki liderlə birgə görüşü Ermənistanın maraqlarına xidmət edir.  Onun sözlərinə görə, Makron və rəsmi Parisin mövqeyi ATƏT-in Minsk qrupunun formatının davam etməsi və regionda etnik ermənilərə yeni bir "status" tanımaqdır:

"Fransanın iki ölkə arasında sülhün əldə edilməsi istiqamətində vasitəçiliyi mümkün deyil. Prosesdə Rusiya var və Moskva çalışır ki, proses nəzarətindən çıxmasın. Amma gələn ildən Ermənistan Baş naziri Nikol Paşinyan çalışacaq ki, Rusiyadan kənar Azərbaycanla birbaşa danışıqlara getsin və mümkün razılaşmalar əldə edilsin. Necə ki, Brüsseldə dəmiryol xəttinin çəkilməsi razılaşdırıldı”.

Politoloq  xatırladıb ki, prezident İlham Əliyev də Ermənistana birbaşa görüşü dəfələrlə təklif edib:

"Çünki  Moskvanın vasitəçiliyi ilə əldə olunan razılaşmalar kağız üzərində qalır. Mümkündür ki, növbəti ildən iki ölkə arasında normallaşma prosesi sürətlənsin. Amma Moskva da boş oturmayacaq. Sabotajlara əl atacaq”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...