Əli Kərimli Əli İnsanovu “öldürdü” — 16 illik həsrətin izi ilə...

Əli Kərimli Əli İnsanovu “öldürdü” — 16 illik həsrətin izi ilə...
Üç gündür gözlərimin yaşı qurumur, sanki ölmüşəm, İsa peyğəmbər belə məni HƏP sədri Əli İnsanovun "16 ildən sonra Prezident Sarayına gəldim” ifadəsinin məzlumiyyət və öldürücü təsirindən xilas edə bilməz. Vaxtilə həbsxanadan çıxanda "Böyük Ameeerika Birləşmiş Ştatlarına təşəkkür edirəm” deyən Əli müəllimi PA-da qəbul ediblər. Bəs vaxtilə bizim ölkənin baş həkimi olan Əli müəllim orada nə gəzir? Gedib Əli Kərimli ilə hakimiyyət arasında "kino” verməyə, AXCP sədrinin xahişlərini, arzularını çatdırmağa. Axı Ə.Kərimli elə bilirdi ki, İnsanovun timsalında kəndə yeni "kino çıxardanlar” gəlib. 

Özü cəhənnəmə, sevincdən mən birtəhər olmuşam. Böyük Ameeeeeerikadan danışan adamın son halı niyə belə oldu İlahi, 14 il həbsxanada sınmayan adamın yaşlı qamətini rəsmi kordorlarda sadəcə xoş qarşılamaqla necə əydilər? Lənətə gələsən, Əli müəllim! Bağışla, üç gündür ağlayıram, lənəti də sevincdən oxuyuram. "Dədə Qorqud " filmində deyildiyi kimi, mənim də sənə bir neçə məzlumcasına sualım var:

- Üç öpüb bir dişlədinmi, Əli müəllim? Axı özün də yazmısan ki, "Prezident Sarayında mənimlə qarşılaşan hər kəsin göstərdiyi hörmət və ehtirama görə ayrıca təşəkkürümü bildirirəm”. Kövrəltmə məni, Beyrək! 

- Beş atıb on tutdunmu, Əli müəllim? O biri Əli bəyin – AXCP sədrinin də arzu-istəklərini də yuxarı çatdırdınmı? 

- Nə böylərsən, nə ağlarsan, Əli müəllim? PA-da görüş keçirmək üçün o zırpılıqda partiya yaratmağa nə gərək var idi?

- Heç darıxmadınmı, qanlı köynəyimi görüb böyürmədinmi, qız? Əli müəllim, Əli Kərimlinin iştahı çox böyükdür, böyük Ameeeeerikadan da böyük... Özünü yorma. 

Əli müəllim, siz bu hakimiyyətlə əməkdaşlıq edən jurnalistləri "Prezidenti Aparatının mirzələri” adlandırırdın. 

PA ilə əməkdaşlığın mübarək, Əli müəllim. Uca Şirvinin ruhu sənə kömək olsun! Salam, Əli Mirzə! 

Və bir də səndən "Bəyin oğurlanması”ndakı kimi səhv bir sillə gözləyirəm. Hansı müxalifətçinin, naxçıvanlıların, yoxsa, Qərbi azərbaycanlıların, kimin üzünə vuracaqsan? Siyavuş Novruzov öz-özünü "dəfn” edib, mağazalarda mürəbbə satır, Hüseynbala Mirələmov təzə ocaq açıb hamı ziyarətə gedir, barmaqlarının, əlinin kəramətindən çox adam yararlanır. Səyavuş Aslana sillə vuran Muxtar Manıyev də yoxdur, onu tırkalayan pırpızbaş Vaqif Mustafayev də korrupsioner kimi işdən qovuldu. Həəəə, qalır bircə nümunə, onu da demirəm, uzağı yazda ortaya çıxacaq. 

Sağ ol, Əli Mirzə! "Vəfat”ın mübarək! 
 
(Demokrat.az)

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...