Sərhədlər 1974-cü il xəritəsi ilə müəyyənləşəcək? – "Bu, bizə sərf etmir, ermənilər isə..."

12:48 / 17.12.2021
4245
Ermənistanın hakim "Mülki müqavilə” partiyasından
olan deputat Arman Yeqoyan dekabrın 16-da jurnalistlərə açıqlamasında Rusiya
Federasiyasının Azərbaycan-Ermənistan sərhədlərini müəyyənləşdirmək üçün
1974-cü il xəritəsini təqdim etdiyini deyib.
O, Ermənistan SSR və Azərbaycan SSR tərəfindən təsdiq edilmiş
1926-cı il xəritəsinə daha çox arxalandığını deyərək,
Rusiyanın 1974-cü il xəritələrinə dəyişikliklər etdiyini iddia edib.
Maraqlıdır, sərhədlərin
delimitasiya və demarkasiyasının Rusiya Müdafiə
Nazirliyinin Baş Qərargahı tərəfindən təsdiqlənmiş 1974-cü il xəritəsi
əsasında aparılması Azərbaycana nə vəd edə bilər?
Mövzu ilə
bağlı Sfera.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, sərhədlərin
delimitasiya və demarkasiyasının 1974-cü il xəritəsi əsasında aparılması bizə sərf
etmir:
"Mən
1974-cü il xəritələrində Azərbaycandan alınıb Ermənistana verilən ərazilərin
tam və qərəzsiz şəkildə göstərildiyini düşünmürəm. Məsələ ondadır ki, Qazaxdan
və Qaragöldən alınaraq Ermənistana verilmiş otlaq sahələri bu xəritələrdə öz əksini
tapacaq, lakin Göyçə mahalı, Dərələyəz, Zəngəzur, Qərbi Zəngəzur mahalından
alınan ərazilər bu xəritələrdə öz əksini tapmayıb. Bütün hallarda sərhədlərin delimitasiya
və demarkasiyası 1920-ci il xəritələri əsasında aparılmaldır. Çünki məhz 20-ci
illər ərzində Azərbaycanın tarixi torpaqları Ermənistana qeyri-qanuni formada
xalq referendumu olmadan verilib”.
Politoloq
hesab edir ki, xəritələrlə bağlı ermənilər tərs psixologiyadan
istifadə edir:
"Məsələ
ondadır ki, hakim "Mülki müqavilə” partiyasından olan deputat Arman Yeqoyan
jurnalistlərə açıqlama verərkən deyib ki, Ermənistan SSR və Azərbaycan SSR tərəfindən
təsdiq edilmiş 1926-cı il xəritəsinə arxalanırıq. Bu çox məntiqsiz yanaşmadır.
Qeyd olunan tarixi xaritələrdə bu gün Ermənistanın ərazisi olan bir çox ərazinin Azərbaycana məxsusluğu açıq qeyd
olunub. Hesab edirəm ki,
rəsmi İrəvan ona sərf edən
xəritələri istəmədiyini göstərərək qarşı tərəfə tərs psixologiya tədbiq edir.
Turan Rzayev