Makronun hiyləgər Brüssel gedişi – O, Əliyevlə Paşinyanı görüşdürməklə nəyə nail olmaq istəyir?

Makronun hiyləgər Brüssel gedişi – O, Əliyevlə Paşinyanı görüşdürməklə nəyə nail olmaq istəyir?
Ötən gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş keçirilib. Maraqlıdır ki, bu görüş Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə baş tutub. Görüşün dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan ilə birgə görüşündən bir gün sonra reallaşması isə xüsusilə diqqət çəkib.

Maraqlıdır, indiki halda Emanuel Makronun Azərbaycan və Ermənistan dövlət başçılarını bir araya gətiməkdə məqsədi nədir?

Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Turab Rzayev bildirib ki, Fransa Prezidenti Emmanuel Makronun Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş təşkil etməsinin iki başlıca səbəbi var:

"Birincisi, Makron anlayır ki, 44 günlük müharibə zamanı Fransanın tərəfsizliyini pozması və ermənipərəst mövqe sərgiləməsi yanlış siyasət idi. Hansı ki, bu siyasət nəticəsində rəsmi Paris faktiki olaraq Ermənistan-Azərbaycan danışıqlarından kənarda qalıb. Makron iki ölkə başçısını bir araya gətirərək ölkəsinin də prosesdə varlığını göstərməyə çalışır.
 
İkincisi, Makron anlayır ki, Fransada prezident seçkiləri yaxınlaşır və o qalib gəlmək istəyirsə, hər iki ölkənin də etimadını qazanmalıdır. Belə ki, Makron tərəfləri bir araya gətirərək erməni diasporu və lobbisinə mesaj verir ki, baxın, mən prosesdəyəm və yenə sizi müdafiə edirəm. Digər tərəfdən, həm də rəsmi Bakıya mesaj verir ki, Fransa regionda sülhün, əmin-amanlığın, sabitliyin tərəfdarıdır və bu istiqamtədə Bakıya dəstək verir. Yəni Makron həm Bakının, həm də İrəvanın dəstəyini eyni anda qazanmağa çalışır. Onu da deyim ki, son günlər  Fransa prezidentliyinə bütün namizədlər ard-arda Ermənistana səfər edir. Görünür, digər namizədlər də hazırda erməni diasporu və lobbisinin dəstəyini qazanmağı arzulayır. Makron isə daha hiyləgər gediş edərək həm Azərbaycan, həm də Ermənistan tərəfinin dəstəyini qazanaraq rəqiblərini üstələməyə çalışır”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...