Bakı Belarusun əleyhinə olan bəndə niyə qoşulmadı? – “Biz tərəfdaşlarımıza xəyanət etmirik”

12:20 / 16.12.2021
731
"Azərbaycan heç vaxt tərəfdaşlıq etdiyi ölkələrə
xəyanət etməyib. Belarus bizim tərəfdaş ölkədir. Bu mənada rəsmi Bakının Minsk əleyhinə
bəyannaməyə qoşulmaması anlaşılandır”.
Bu sözləri Sfera.az-a açıqlamasında politoloq
Fikrət Sadıqov Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI
sammitində qəbul olunan bəyannamənin Belarusla bağlı bəndinə qoşulmamasını şərh
edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan sadəcə bəyannamənin
Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmayıb:
"Belarusun daxili işlərinə müdaxilə etmək,
onun siyasətinə təsir göstərmək, ölkə rəhbərliyini tənqid etmək Azərbaycanın məsələsi
deyil. Bu, Belarusun daxili işidir. Azərbaycan üçün ölkələrin suverenliyinə
hörmət, daxili işlərinə müdaxilə edilməməsi qırmızı xətdir. Azərbaycan öz
dostlarını heç vaxt darda qoymur. Mövcud Azərbaycan-Belarus münasibətlərini nəzərə
alaraq biz belə qərarlara qoşulmuruq”.
Turan Rzayev