“Makronun bu addımı şübhə doğuran məsələdir” – Rəsul Quliyev

“Makronun bu addımı şübhə doğuran məsələdir” – Rəsul Quliyev
Ötən gün Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan sabiq spiker Rəsul Quliyev bildirib ki, Azərbaycan və  Ermənistanın öz aralarında bütün məsələləri müzakirə edib müəyyən razılıqlar əldə etməsindən sonra, Fransa prezidentinin yenidən onun iştirakı ilə görüş təşkil etməsi şübhə doğuran məsələdir:

"Fikrimcə, bu görüşün əsas təşkilatçısı Rusiya prezidenti Putindir. Brüssel görüşləri qabağı Makron və Putin Qarabağ məsələsini müzakirə etmişdilər. Makron fransızdır, yəni özündən müştəbeh adamdır. Dünya siyasətində çox böyük rolu olduğuna inanır. Fransız liderləri həmişə özündən müştəbeh olublar. Bu ölkənin yeganə bir normal lideri olub – o da Napaleondur. Digər tərəfdən Putin Makronun zəif damarını tutub. Ona Almaniya kansleri Angela Merkel gedəndən sonra "Avropanın rəhbəri sənsən, Avropa İttifaqı səninlə razılaşdırımamış heç bir qərar qəbul etməməlidir”, deməklə belə ağılsız hərəkətə yönəldib”.

R.Quliyev qeyd edib ki, Makron həmçinin Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla düşməndir və çox asanlıqla erməni-türk sazişini pozmağa ümid edir:
"Lakin prezident İlham Əliyev Makrona Putinin tapşırığını yerinə yetirməyə imkan verməyəcək.Ümid edirəm ki, Paşinyan da Emmanuelin pozuculuq siyasətinə qulaq asmayacaq”.

Türkan 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...