İlham Əliyev Brüsseldə Ukrayna Prezidenti ilə görüşdü - YENİLƏNİB

İlham Əliyev Brüsseldə Ukrayna Prezidenti ilə görüşdü - YENİLƏNİB
Dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

Sfera.az azərtac-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev dedi:

- Hörmətli cənab Prezident, Sizi yenidən görməyimə çox şadam.

Sizin Azərbaycana səfərinizi məmnunluqla xatırlayıram. İkitərəfli münasibətlərimizin inkişafı üçün o səfərin çox böyük əhəmiyyəti var idi. Şadam ki, səfərdən sonra bütün verdiyimiz təlimatlar yerinə yetirilir və Ukrayna-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. Əlbəttə, çox maraqlıyıq ki, bu əlaqələri daha da genişləndirək.

Əlbəttə ki, şəxsi təmaslar bu məqsədlərə nail olmaq üçün xüsusi şərait yaradır. Əminəm ki, bugünkü görüşümüz də çox məhsuldar və uğurlu olacaq.

Bu gün biz Sizinlə birlikdə Şərq Tərəfdaşlığı Zirvə görüşündə iştirak edəcəyik. Bu gün işimiz çoxdur.

Prezident Volodimir Zelenski:

- Doğrudur, işimiz çoxdur. Zati-aliləri cənab Prezident, Sammit çərçivəsində ayrıca bir görüşün keçirilməsinə görə Sizə minnətdarlığımı bildirirəm. Ölkənizin siyasətində bizə davamlı olaraq dəstək olduğunuza, ərazi bütövlüyümüzü və suverenliyimizi dəstəklədiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

İki il bundan əvvəl Azərbaycandakı görüşümüzlə bağlı çox yaxşı xatirələrim var. Azərbaycan çox qonaqpərvər ölkədir. Fürsətdən istifadə edərək Sizi Ukraynaya səfərə dəvət edirəm. Ümid edirdim ki, Siz bizim müstəqilliyimizin 30-cu ildönümündə ölkəmizə səfər edəcəkdiniz, lakin COVID-ə görə bu günlərdə dünyada vəziyyətin çətin olduğunu da başa düşürəm. Lakin müstəqilliyin 30-cu il dönümü bütün il ərzində qeyd olunur - avqust ayından növbəti ilin avqust ayınadək. Buna görə ümid edirəm ki, Siz imkan tapıb Ukraynaya gələcəksiz və biz Sizin səfərinizi səbirsizliklə gözləyəcəyik.

Söhbət zamanı, həmçinin hökumətlərarası komissiyanın fəaliyyəti qeyd olundu, biznes dairələrinin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi, xüsusilə enerji sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıldı.
 
 
16:31 
 
Dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü olub.

Sfera.az  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...