Şarl Mişel Brüssel sammitinin mövzularını açıqladı

Siyasət
20:16 / 14.12.2021
1510
Brüsseldə dekabrın 16-da keçiriləcək Avropa İttifaqı (Aİ) sammitində koronavirusla mübarizə, enerji qiymətləri, Aİ-NATO əməkdaşlığı, o cümlədən Rusiya və Ukrayna sərhədindəki vəziyyət müzakirə olunacaq.
Sfera.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa liderlərinə dəvət məktubunda yazıb.
Aİ-nin sammiti dekabrın 16-da Brüsseldə tam ştat formatında keçiriləcək. Bundan əvvəl dekabrın 15-də Aİ-Şərq Tərəfdaşlığı sammiti baş tutacaq.