Türkiyə - Ermənistan münasibətləri normallaşır? – Çavuşoğlunun açıqlamasına Yerevandan reaksiya

15:54 / 14.12.2021
1178
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu
yaxın zamanlarda Ermənistanla münasibətlərin normallaşması istiqamətində
addımların atılacağını, qarşılıqlı xüsusi nümayəndələrin təyin ediləcəyini, hətta
İrəvana çarter reyslərinin təşkil olunacağını söyləyib.
Çavuşoğlunun qeyd etdiyi məsələlər faktiki
olaraq Ermənistan-Türkiyə münasibətlərinin normallaşması mənasına gəlsə də, o,
"Türkiyə hər zaman olduğu kimi bundan sonra da hər addımda Azərbaycanla birlikdə
hərəkət edəcək” deyib. Məsələ ondadır ki, rəsmi Bakının indiki halda
Ermənistandan tələbi İrəvanın Azərbaycana və Türkiyəyə qarşı ərazi
iddialarından əl çəkməsi, Azərbaycanla sülh müqaviləsi imzalamasıdır. Bu məsələdə
rəsmi Bakı ilə Ankaranın mövqeyi əvvəldən eynidir.
Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistana xüsusi nümayəndə təyinatı
ilə bağlı açıqlamasında qeyd edib ki, Ermənistan
hər zaman olduğu kimi, ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin
normallaşdırılması prosesinə hazırdır. Yəni
Unanyan deyir ki, Ermənistan da Türkiyə ilə dialoqa başlamaq üçün xüsusi nümayəndə
təyin edəcək, lakin Ankara İrəvana heç bir şərt irəli sürməsin.
Turan Rzayev