“Səfər Mehdiyev deyir ki, fikirləri təhrif olunub...” – Sahibə Qafarova qalmaqallı müsahibədən danışdı

“Səfər Mehdiyev deyir ki, fikirləri təhrif olunub...” – Sahibə Qafarova qalmaqallı müsahibədən danışdı
"Parlamentari kimə nə edib? Bu suallar öz cavabını gözləməkdədir".

Sfera.az xəbər verir ki, bunu deputat Elşən Musayev Dövlət Gömrük Komitəsi rəhbərinin deputatların qanunsuz biznes fəaliyyəti ilə məşğul olması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

"Milli Məclis bütün dövlət qurumları ilə qarşılıqlı fəaliyyət göstərib və onlara ehtiramla davranıb. Gömrük Komitəsi də istisna deyil. Ola bilsin ki, Səfər Mehdiyevin fikirləri konteksdən çıxarılıb. Gömrük Komitəsi buna aydınlıq gətirilməlidir".

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın fikirlərinə cavab olaraq bildirib ki, Səfər Mehdiyev onun fikirlərinin təhrif olunduğunu və müsahibədə məmurların tənqid olunduğunu dediyini bildirib: "Dünən Səfər Mehdiyev mənə telefon açıb təəssüf hissi ilə qeyd edib ki, müsahibədə onun fikirləri düzgün təqdim olunmayıb. Səfər müəllim bildirdi ki, o müsahibəsində deputatları yox, bəzi məmurları nəzərdə tutub”. 

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bir neçə gün öncə verdiyi müsahibədə deputatların xaricdən məhsul gətirib satdığını bildirmişdi: "Bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular”.

Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...

Bu ayda Günəşdə ilk güclü partlayış baş verib

Mayın 13-də X sinifinə aid güclü Günəş partlayışı qeydə alınıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar...

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...