Səfər Mehdiyev bəzi deputatları fırıldaqçı adlandırdı: “Ölkəyə gətirilə bilməyən bir malın adını çəkin”

Səfər Mehdiyev bəzi deputatları fırıldaqçı adlandırdı: “Ölkəyə gətirilə bilməyən bir malın adını çəkin”
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev virtualaz.org saytına müsahibəsində birmənalı qarşılanmayan fikirlər işlədib.

Sfera.a sözügedən müsahibədən maraqlı olan hissələrin çıxarışını təqdim edir.

- Avropanın aparıcı ölkələrinin gömrük xidmətləri çaşqınlıq içində soruşurdular: siz həqiqətən bu şəffaf prosesə özünüzü hazır bilirsiz? Onlar əvvəlcə inanmadılar.  Ancaq onları danılmaz faktlar qarşısında qoyduq.  İnhisarlarla və kölgə iqtisadiyyatı ilə mübarizənin bütöv bir sistemi hazırlanıb:  avropalı həmkarlarımıza sahibkarların fəaliyyəti haqda sorğu ünvanlanır – malları necə və haradan alırlar,  həmin mallar Azərbaycana gətirilir, yoxsa üçüncü ölkələrə istiqamətlənir, bu daşınmalar kölgə iqtisadiyyatı ilə əlaqəlidirmi? Mən idxalda inhisarın mövcudluğuna dair bəyanatları qətiyyətlə təkzib edirəm.  Tənqidçilərimə müraciət edirəm: sahibkarların ölkəyə gətirə bilmədiyi heç olmasa bir malın adını çəkin!

– Söyləyə bilərəm. Dərman preparatları.

– Tamamilə yalan və böhtandır.  Dərman preparatlarının Azərbaycana idxalı ilə Səhiyyə nazirliyindən müvafiq lisenziya əldə etmiş 130 şirkət məşğul olur.

– Ötən il malların rüsumsuz idxal limiti 1000 dollardan 300 dollara endirildi.  Bu, ictimaiyyətdə narazılıq doğurdu.  Həmin addım Azərbaycan iqtisadiyyatının inkişafına necə təsir göstərdi?

– Söhbət ilk növbədə Azərbaycan qaunvericiliyinin beynəlxalq qanunvericiliklə unifikasiyasından gedirdi.  İstənilən mütərəqqi ölkədə poçt bağlamalarına limit var.  Bir yerdə 25 avro, başqasında 100 və hətta 150 avro.  Hər yerdə fiziki şəxslərin qeyri-kommersiya məqsədilə daşıdığı mallara limit mövcuddur.  Unifikasiyadan əlavə, bizim ikinci məqsədimiz qeyri-bərabər rəqabət və kölgə iqtisadiyyatı ilə mübarizə idi.  Bizim əlimizdə logistika şirkətlərinin, daha doğrusu işbazlar tərəfindən yaradılmış, 100-200, hətta 1000-2000 adamın cəlb olunduğu şəbəkələrin fəaliyyətinə dair danılmaz faktlar vardı. Bu şəbəkələrə daxil olan vətəndaşlar hamısı eyni vaxtda bağlamalar alırdı. Və artıq sabahısı gün həmin mallar piştaxtalara ötürülürdü.  Həmin mallar şəxsi ehtiyaclar üçün deyildi.

Əgər bu prosesi dayandırmasaydıq, həmin şəbəkələr qar topası kimi böyüyəcəkdi.  Əminəm ki, həmin şəbəkələrin hər biri on minlərlə vətəndaşa qədər genişlənəcəkdi.  Məhz bu səbəbdən biz limiti 300 dolara endirdik və vətəndaşlar üçün bəyannamənin  fərdi elektron sistemini yaratdıq. Yəni, siz ildə bir dəfə yox, istəsəniz hər ay şəxsi ehtiyaclarınız üçün elektron sistemi vasitəsilə 300 dollar məbləğində mal sifariş edə bilərsiniz.  Məqsəd nə idi? Vətəndaş bəyannaməni şəxsən doldurmalı və gömrük orqanlarına təqdim etməlidir. Biz şəxsi istehlak mallarının sifarişinin və idxalının şəffaf prosesini yaratdıq, ölkəyə gömrük nəzarətindən kənar, qanunsuz mal daxil olması cəhdlərini tamamilə məhdudlaşdırdıq.  Söhbət qeyri-bərabər və ədalətsiz rəqabətdən gedirdi. Hansısa şirkət ölkəyə mal daşıyırdı, artıq sabahısı gün logistika şirkətləri mütəşəkkil şəbəkənin köməyilə həmin malı gömrükdən keçmədən, rüsumsuz mal kimi gətirirdi.  Biz bu qanunsuz fəaliyyəti dayandırdıq.  Təsəvvür edin, məhz həmin şəbəkələrin köməyilə Azərbaycana 100 minə qədər mobil telefon daşınıb! Həmin şəbəkələr faktik qaçaqmalçılıqla məşğul olaraq leqal şirkətləri bazardan sıxışdırıb çıxarırdı.

Biz hazırda mükəmməl işləyən sistem yaratmışıq. Vətəndaş öz qadjetindən malı sifariş verir və sifariş onun ünvanına çatdırılır. Daha maraqlı nəticə:  islahatdan əvvəl rüsumsuz idxalla 32 logistika şirkəti məşğul olurdu, bu gün həmin rəqəm 208-dir!  Elektron alınmaların həcmi ildə 200 milyona yüksəlib.  Əvvəllər elektron bəyannamələr yox idi, odur ki, bizdə hətta onlayn alınmaların statistikası aparılırdı.

– Hətta Milli Məclisin bəzi deputatları da limitin azaldılmasının əleyhinə çıxırdılar…

– Sizə səbəbi izah edim.  Çünki Milli Məclisin bəzi deputatları bu qanunsuz biznesdə iştirak edirdilər. Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı.  Həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccübləndim və məyus  oldum.  Əsl səbəbi anlaya bilmirdim. Ancaq bir az araşdırandan sonra aydın oldu ki, həmin deputatlar ölkəyə vətəndaşların adına telefonlar, televizorlar, kompüterlər gətirir, sonra isə mağazalarda satdırırlar. Bu fırıldaqçılar nə edirdilər? Öz maraqlarını qoruyurdular.

Hər bir vətəndaş özü ilə 800 dollar gətirə və 300 dollar məbləğində poçt  alınmaları edə bilər. Manat ekvivalentində bu, təqribən 2 min manatdır. Doğrudanmı vətəndaş hər ay 2 min manatlıq elektron alış-veriş edir? Əlbəttə, yox.  Azərbaycanda minimal və orta əmək haqqını nəzərə alaraq ədalətli hədd müəyyənləşdirilib.


OXŞAR XƏBƏRLƏR

Bir çox paranormal hadisələrin baş verdiyi Myrtles plantasiyası

Luizianada ən çox ruh və kabusların müşahidə olunduğu yer - “Myrtles Plantation” (Myrtles plantasiyası) haqqında rəvayət və fərziyyələr bu günə qədə...

Peruda Kolumb dövründən əvvələ aid mumiyalar aşkar edildi

Perunun Barranka şəhərinin kənarında Polşa və Peru alimlərindən ibarət bir qrup bu yaxınlarda maraqlı tariximizə işıq salan arxeoloji abidə aşkar ediblər. &nbs...

BBC xəbər aparıcısı canlı yayımda orta barmağını göstərdi - FOTO

Britaniyanın BBC kanalında xəbər aparıcısı olan 46 yaşlı Meriam Moşiri canlı yayımın başlamasından xəbəri olmadığı üçün kameraya orta barmaq göstərib.   ...

Bəy toy günü gəlinə "yox" dedi

33 yaşlı öküz döyüşçüsü Xuan Orteqa öz toyuna gəlməyərək qohumlarını və dostlarını şoka salıb.   Sfera.az bildirir ki, qalmaqaldan sonra gəlin evə gedə...

Həkim xəstəsini gizli şəkildə necə hamilə edib?

Pasiyentlərdən biri həkim Kristofer Gerndonu onun razılığı olmadan öz sperması ilə hamilə qoymaqda ittiham edib. Bundan sonra həkimin lisenziyası əlindən alınıb...

Birinci Dünya Müharibəsi zamanı Britaniyalılara kömək edən fil - FOTO

Birinci Dünya Müharibəsi zamanı İngiltərədə Lizzie adlı bir hind fili şəhər ətrafında maşın və sursat daşımağa kömək edib. O, həmçinin Şeffild tökmə zavodlarını...