Manatı 2022-ci ildə nə gözləyir? - TƏHLİL

Manatı 2022-ci ildə nə gözləyir? - TƏHLİL
2021-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın tədiyə balansında böyük profisit (müsbət fərq) yaranıb. 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, tədiyə balansındakı fərq ötən ilin eyni dövrü ilə müqayisədə xeyli yaxşılaşaraq 2,437 milyard dollar olub. 2020-ci ilin 9 ayında tədiyə balansındakı fərq mənfi idi və 1,804 milyard dollar təşkil etmişdi. 

Bu il tədiyə balansında kəsirin profisitlə əvəz edilməsinə səbəb cari əməliyyatlar balansında müsbət fərqin həcminin xeyli artmasıdır. 

Cari əməliyyatlar balansı tədiyə balansının 2 əsas hissəsindən biridir. Ötən il cari əməliyyatlarda 208 milyon dollar kəsir yarandığı halda, bu il 3,94 milyard dollar profisit qeydə alınıb. Cari əməliyyatlarda böyük profisitin yaranması neftin qiymətinin yüksəlməsi və qeyri neft-qaz sektoru üzrə ixracın kəskin artması hesabına mümkün olub. Bu ilin 9 ayında xarici ticarətdə 6,4 milyard dollar profisit yaranıb və bu məbləğ maliyyə hesabı balansındakı kəsiri artıqlaması ilə örtə bilib. 

Maliyyə hesabı balansı tədiyə balansının ikinci əsas hissəsidir. Burada 9 ayda 1,457 milyard dollar kəsir yaranıb. Cari əməliyyatlar balansında 3,9 milyard dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında yaranan 1,5 milyard dollar kəsirdən çox olduğundan tədiyə balansında 2,4 milyard dollar müsbət fərq yaranıb. Tədiyə balansında müsbət fərqin yaranması o deməkdir ki, 9 ayda Azərbaycana daxil olan xarici valyutanın (xüsusən də dolların) həcmi ölkəmizdən çıxan valyutanın həcmindən çoxdur. Bu nəticə manatın məzənnəsinin sabit qalmasına imkan yaradır. Manat, məhz tədiyə balansında kəsir yarandıqda ucuzlaşa bilər. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Pezeşkianla Xankəndi görüşündə divarda asılan xalçanın mesajı

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşündə diqqət çəkən bir məqam var: Divarda asılan xalça. Bu xalça türk coğrafiyasında ortaq mədəni kodlara işa...

Azərbaycanın üç boksçusu Dünya Kubokunda medallar qazandı

Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda 3 bürünc medal qazanıblar.   Sfera.az xəbər verir ki, yarımfinalda rəq...

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.   Belə k...

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...