İnsult zamanı İLK YARDIM: Hər kəs bilməlidir

İnsult zamanı İLK YARDIM: Hər kəs bilməlidir

İnsultun ilk simptomlarını və həkim gələnə qədər ilk yardım qaydalarını hər bir insan bilməlidir. Bu, çox vacibdir.

ABŞ və bir çox digər ölkələrdə hətta uşaqlara insultu aşkar etməyin qaydaları öyrədilir. Bu, çox effektlidir. Adətən uşaqlar yaşlı insanlara tapşırılır və uşaqlar nənə və ya babanın vəziyyətində hər hansı dəyişikliyi gördükdə vaxtında "təcili yardım" çağıra bilərlər.

İnsult baş verdikdən sonra ilk 3 saat ərzində xəstəni xilas etmək mümkündür. Daha sonra beyində geriyədönməz dəyişikliklər artmağa başlayır ki, insanda da əlil qalmaq və ya həyatını itirmək riski artır. Yaşlı, artıq çəkisi, ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet xəstəliyi olan, yaxın qohumları arasında infarkt və insult keçirmiş, siqaret çəkən insanlarda insultun riski daha çoxdur. Lakin nəzərə almaq lazımdır ki, insult hətta cavan və nisbətən sağlam insanlarda da inkişaf edə bilər.

Sfera.az  saglamolun.az-a istinadən insultun əlamətləri və ilk yardım haqqında məlumatı təqdim edir.

İnsultun simptomları arasında:

- baş ağrısı

- ani başgicəllənmə

- ani zəiflik

- bədənin bir tərəfində qol və ayaqda keyimə hissi

- üzün keyiməsi, əyilməsi

- görmənin, eşitmənin, nitqin pozulması

- bəzi hallarda bayılma

- ağır hallarda ürək fəaliyyətinin və nəfəsalmanın dayanması.

İnsultdan şübhələndikdə belə sadə testdən istifadə edin:

- insandan gülümsəməyi,

- qollarını qaldırmağı

- öz adını, familiyasını, yaşını və s. deməyi,

- dilini çölə çıxartmağı xahiş edin.

İnsult zamanı insan gülümsəyəndə ağzı əyilir, qollardan biri qalxmır və ya az qalxır, nitqi pozulmuş olur, dili əyri olur və ya ağzın bir tərəfinə düşür.

Bu simptomlardan heç olmasa biri müşahidə olunduqda:

1. Dərhal təcili yardım çağırın və dispetçerə insultdan şübhələndiyiniz haqda məlumat verin. Bu halda çağırışa nevroloq həkimi gələcək.

2. Xəstəni uzadın. Xəstə hərəkət etməməlidir, bu, onun vəziyyətini daha da ağırlaşdıracaq. Onun başı və çiyinləri ayaqlardan yuxarıda olmalıdır.

3. Otaqda pəncərəni açın, xəstədən kəmər, şərf və s. nəfəsalmanı çətinləşdirən paltarları çıxardın.

4. Həkimlər gələnə qədər xəstəyə su, dərman, qida və s. vermək olmaz.

5. Xəstəni həyəcanlandırmayın və öz narahatçılıq və qorxunuzu ona göstərməyin. Xəstə üçün mümkün qədər sakit və rahat şərait yaradın.

Nevroloqun ilkin müayinəsindən sonra xəstə xəstəxanaya çatdırılmalı və dərhal kompüter tomoqrafiyasından keçməlidir. Diaqnoz təsdiq olunduqda insultun növündən asılı olaraq (işemik və ya hemorragik) xəstəyə xüsusi müalicə təyin olunur.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...